Şəkil 5.1. Mineral gübrə nümunəsi Cəfəri bitkisinə - yemləmə gübrəsini birinci seyrəltmədən dərhal sonra tətbiq etmək
lazımdır. Bunun üçün 1 m
2
sahəyə 10 qram amonium şorası, 10 qram superfosfat və 30 qram
kalium duzu tətbiq edilir. Mineral gübrəni küllə də əvəz etmək olar.
Qeyd: Ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində (xüsusilə həyatyanı
sahələrdə) yüksək dozalarda mineral gübrədən istifadə məsləhət deyil. Tam təbii və sağlam
yetişdirilmiş göyərtiləri uzun müddət saxlamaq mümkündür. Sadəcə rəngləri saralır. Lakin
gübrələnmiş ədviyyat, bitki çayları və dərman bitkiləri qısa müddətdə istifadə olunmazsa
sulanmağa və pis qoxu verməyə başlayır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri ilk inkişaf
dövründə azota, kökmeyvəsinin əmələ gəldiyi və formalaşdığı dövrdə isə kalium və fosfora
təlabat göstərir. Həmçinin kaliumlu gübrələrin tətbiqi kökümeyvəli ədviyyat, bitki çayları və
dərman bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olur.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları
və dərman bitkiləri əkiləcək sahəyə azotlu
gübrələrdən natrium şorasının verilməsi daha
səmərəlidir. Çünki, nartium ionları karbohidratların
yarpaqlardan kökə axınına müsbət təsir göstərir və nəticədə şəkərin miqdarı artır. Azotlu
gübrənin torpaqda artıqlığı isə kökündən istifadə edilənlərin keyfiyyətini və saxlanma
qabiliyyətini aşağı salır və nitatların kökmeyvəsinə toplanmasına səbəb olur. Bu səbəbdən də
gübrələrin tətbiqi yayın birinci yarısında həyata keçirilməlidir. Onu da qeyd edək ki, azotlu
gübrələr fosforlu gübrələrlə birlikdə tətbiq edilməzsə effektiv alınmaz.
Unutma! Suvarılan sahələrdə və
şoran
torpaqlarda
natrium
şorasını tətbiq etmək olmaz.