İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə163/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   159   160   161   162   163   164   165   166   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 5.4. Peyin 
Şəkil 5.5. Quş zılı 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
169 
Bunun üçün həcmin yarısını zıl ilə doldurub üzərinə su əlavə edirlər və bu vəziyyətdə 3-5 gün 
ərzində saxlayırlar. Məhlulu yenidən su ilə qarışdıraraq (1:10) istifadə edirlər. 
Torf, lil. 
Torfun tərkibində bitkilər üçün 
mənimsənilən qida elementlərinin az olmasına 
baxmayaraq, o, humusun miqdarını artırır və 
torpağın strukturunu yaxşılaşdırır. Torfun tünd 
rəngdə olması istinin udulmasına və torpağın tez 
isinməsinə yardım edir (Şəkil 5.6). Torfu 
bataqlıqlardan yığaraq lay-lay sərib qurudurlar və 
ya kompost tığına əlavə edirlər. Yaddan çıxartmaq 
lazım deyil ki, ona əhəng əlavə etmək lazımdır. Lil 
göllərin, çayların, kanalların dibində toplanır. 
Onun tərkibində çoxlu çürüntü, azot, kalium və fosfor var. Qısa müddətli qurutma 
prosesindən sonra onu qumsal torpaqlarda (3-4 kq/m2) müvəffəqiyyətlə istifadə etmək olar.
Yarpaqlı 
və 
çimli 
torpaq.
Peyinin 
çatışmaması zamanı yarpaqlardan ibarət yarpaqlı 
torpaq çürüntüsünü hazırlayırlar (Şəkil 5.7). 
Bunun üçün payızda yarpaqları bir topaya yığaraq 
kipləşdirirlər və üzərini torpaqla örtərək qış boyu 
saxlayırlar. Yazda topaları yava ilə çevirirlər: 
çürüməmiş yarpaqlar alta sərilir, daha yaxşı 
çürümüşləri isə üstə sərib topanı qara rəngli pərdə 
ilə örtürlər. Vaxt keçdikdən sonra yarpaqlar tünd 
rəngli çürüntü kütləsinə çevrilir. Çim laylarını 10 
sm qalınlığında kəsib aralarına peyin verərək 
qalağa yığırlar. Sentyabr ayında qalağı çevirirlər, oktyabrda isə çim torpağının bir hissəsini 
əvvəlcədən ələkdən keçirərək istifadə etmək olar. 
Sideratlar.
Bu birillik və ya çoxillik paxlalı 
bitkilərin (yazlıq noxud, yemlik paxlalılar, 
çölnoxudu, acıpaxla, seradella və sairə) torpağa 
basdırılmış iri və ya hündür gövdəli bitki 
kütləsindən ibarət əla növ üzvi gübrədir (Şəkil 
5.8). Öz təsirinə görə sideratlar demək olar ki, təzə 
peyinə bərabərdir. Sideratların bitki kütləsinin 
tərkibində olan qida elementləri torpağa düşüb 
tədricən parçalanaraq, sonrakı bitkilər üçün 
mənimsənilən hala keçirlər, üzvi sideral maddə isə 
torpaq strukturunun bərpa olunmasına yardım 
edir. Bəzi sideral bitkilər (acıpaxla, qarabaşaq, 
xardal) az mütəhərrik torpaq fosfatlarının bitkilər tərəfindən mənimsənilməsini və 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin