İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


 Mineral gübrələr torpaqdakı faydalı kök göbələyinin (mikoriza) aktivliyinə mənfi  təsir göstərir



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə166/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   162   163   164   165   166   167   168   169   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 

Mineral gübrələr torpaqdakı faydalı kök göbələyinin (mikoriza) aktivliyinə mənfi 
təsir göstərir;
 

Azotlu gübrələrin yüksək dozalarla tətbiqi azotun 
rhizobia 
(rizobia) ilə simbiotik 
fəaliyyətini dayandırır;
 

Yalnız NPK (azot, fosfor, kalium) gübrələrdən istifadə edilməsi mikroelementlərin 
torpaqda tükənməsilə nəticələnir;
 

Torpaqda üzvi maddələrin tükənməsi, torpağın strukturunun deqradasiyası və 
quraqlığa daha yüksək həssaslığı ilə nəticələnir.
Üzvi gübrələrin verilməsi torpağı üzvi maddələrlə zənginləşdirir və aşağıdakı müsbət 
nəticəyə nail olunur: 

Torpağın bioloji fəallığı yüksəlir, üzvi və kimyəvi mənşəli qida maddələrinin 
mənimsənilməsi, həmçinin zəhərli maddələrin dağılması prosesi güclənir

Mikoriza göbələyinin fəaliyyəti güclənir, fosforun mənimsənilməsi yaxşılaşır; 

Torpağa daxil edilən kompost xəstəlik törədən mikroorqanizmləri məhv edir; 

Torpaq strukturunun yaxşılaşması nəticəsində kök sisteminin inkişafı güclənir;

Humus qida maddələrinin mübadilə tutumunu artırır və torpağın turşulaşmasına yol 
vermir. 
Bitki qidalanmasında IFOAM-ın (Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı 
Federasiyası) əsas standartları:
 

Bitki qaidalanmasında mikroorqanizmlər tərəfindən parçalanan materialdan istifadə 
edilməlidir; 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
172 

Tərkibində insan nəcisi olan heç bir gübrə (əgər qabaqcadan sanitar işləmədən 
keçməmişdirsə) insan istehlakı üçün olan ədviyyat, bitki çayları və dərman bitkiləri 
gübrəsi kimi istifadə edilə bilməz; 

Mineral gübrələrdən yalnız əlavə kimi istifadə edilməlidir

Azot tərkibli heç bir mineral gübrə istifadə edilə bilməz; 

Digər mineral gübrələrdən məhdud istifadə edilməlidir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin