Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
171
5.3. Avropa İttifaqında ekoloji kənd təsərrüfatı tənzimlənməsi, ətraf mühitin
mühafizəsi tədbirləri və onların tərəvəz bitkilərinin gübrələnməsində tətbiqi
Ekoloji kənd təsərrüfatında bitkilərin qidalandırılmasına yanaşma ənənəvi (adi) kənd
təsərrüfatının metodlarından mahiyyətcə xeyli fərqlidir. Ənənəvi kənd təsərrüfatında
bitkilərin bilavasitə qidalanması başlıca olaraq asan həll olunan mineral gübrələrdən istifadə
etməklə təmin edilir. Ekoloji kənd təsərrüfatı isə bitkiləri, torpağın orqanizmlərini üzvi
maddələrlə qidalandırmaqla, bilavasitə (dolayısı ilə) qida ilə təmin edir.
Mineral gübrələrin üstünlükləri və çatışmazlıqları.
Mineral gübrələr bitkilər üçün
asan əldə olunan formada böyük miqdarda qida maddələri olub, məhsuldarlığı olduqca çox
artıra bilir. Bu fakt azotlu gübrələrin istifadə edilməsi zərurətini yaradır. Lakin onların da öz
məhdudiyyətləri mövcuddur. Belə ki, tətbiq edilən azotlu gübrələrin təxminən yarısı yerüstü
su axını, qələviləşmə və buxarlanma vasitəsilə itirilir. Əlverişsiz şərait (güclü yağış,
uzunmüddətli quraqlıq dövrü, torpağın eroziya olunması, yaxud üzvi maddələrin aşağı
səviyyədə olması) zamanı azot gübrəsinin səmərəliliyi daha da aşağı olur. Yerüstü su axınları
və qələviləşmə nəticəsində yeraltı və içməli su çirklənə bilər. Həmçinin, mineral gübrələrin
şübhə doğuran iqtisadi və ekoloji nüfuzu da bitkilərin sağlamlığına mənfi təsir göstərə bilər.
Gübrələmə və bitkinin sağlamlığı bir-biri ilə sıx əlaqəlidir. Mineral gübrələr torpağa və
bitkinin sağlamlığına aşağıdakı mənfi təsirləri göstərir:
Azotun artıqlığı nəticəsində bitki xəstəlik və zərərvericilərə qarşı daha həssas olur;
Dostları ilə paylaş: