İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


  ƏDVİYYAT, BİTKİ ÇAYLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə173/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   169   170   171   172   173   174   175   176   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti


ƏDVİYYAT, BİTKİ ÇAYLARI 
VƏ DƏRMAN BİTKİLƏRİ 
ƏKİNLƏRİNDƏ BİTKİ 
MÜHAFİZƏ TƏDBİRLƏRİ
VƏ ALAQ OTLARININ 
TƏNZİMLƏNMƏSİ


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
180 
Öyrənmə elementinin vacibliyi haqqında məlumat: 
Əziz tələbələr! Kənd təsərrüfatına yararlı torpaq sahəsində yüksək məhsul almaq, 
əhalinin il boyu kənd təsərrüfatı məhsullarına olan tələbini ödəmək üçün, kənd təsərrüfatı 
bitkilərini xəstəlik törədicilərdən və zərərvericilərdən qorumaq lazımdır. Bunun üçün 
xəstəliyin yayılması, yoluxduğu bitkilər, xəstəliyin simptomları (əlamətləri) və zərəri 
haqqında, eyni zamanda zərərvericilərin həyat tərzi haqqında məlumat əldə edilməlidir.
Mübarizə tədbirləri sistemində davamlı sortlardan istifadə, aqrotexniki tədbirlərin 
həyata keçirilməsi və nəhayət patogenə (xəstəlik törədiciyə) və zərər verən orqanizmlərə 
qarşı tətbiq edilən kimyəvi preparatların istifadəsi nəzərdə tutulmalıdır. 
Bu gün dünyanı narahat edən problemlərdən biri ekologiyanı çirkləndirməməklə, təmiz, 
sağlam məhsul istehsalıdır. Bu zaman aqrotexniki və bioloji üsullara daha çox üstünlük 
verilməlidir. Lakin elə xəstəlik törədicilər və zərərvericilər var ki, onlara qarşı mübarizə 
tədbirləri sistemində kimyəvi üsula üstünlük verilir. 
Əziz tələbələr! Siz bu təlim elementində tərəvəz əkinlərində yayılan xəstəlik və 
zərərvericiləri əlamətlərinə görə tanıyacaq və onlara qarşı mübarizə tədbirlərini həyata 
keçirə biləcəksiniz. 
Tədris nəticəsinin təsviri:
Bu təlim elementini öyrəndikdən sonra siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: 

Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlikləri və onlara qarşı 
mübarizə tədbirləri haqqında məlumat əldə edəcəksiniz; 

Öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin xəstəliklərini əlamətlərinə 
uyğun olaraq təyin edəcəksiniz; 

Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas zərərvericiləri və onlara qarşı 
mübarizə tədbirlərini müəyyən edəcəkiniz; 

Pestisidlərdən istifadə qaydaları və onlara qoyulan ekoloji tələbləri öyrənəcəksiniz; 

Ekoloji ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalında zərərverən 
orqanizmlərə qarşı bioloji mübarizə tədbirləri haqqında məlumat əldə edəcək; 

Bitki mühafizə ilə əlaqədar Avropa İttifaqında ekoloji kənd təsərrüfatının tənzimləyici 
normaları və İFOAM - qaydaları ilə tanış olacaqsınız. 
Məqsəd:
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində 
yayılan xəstəlik və zərərvericiləri əlamətlərinə görə tanıyacaq və onlara qarşı mübarizə 
tədbirlərini həyata keçirə biləcəksiniz.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin