İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
182
Unlu şeh
(Eryrhe umbelliferarum-xəstəlik
törədən göbələk).
Xəstəlik respublikamızda geniş
yayılmışdır. Kərəvizkimilər və Dalamaz fəsiləsinə
daxil olan bitkilərin hamısı bu xəstəliklə
sirayətlənir.
Yarpaq,
saplaq,
gövdə
və
hamaşçiçəklərdə ağ örtük şəkilində əmələ gəlir.
Sonra onların üzərində qara nöqtələr formalaşır
(Şəkil 6.1). Nəticədə yoluxmuş hissə bərkiyir və
asanlıqla sınır. Xəstəliyin təsirindən bitki ətrini və
dadını itirir. Xəstəlik quru və isti havada, temperatur 20-30
0
C olduqda daha yaxşı inkişaf
edir. Xəstəliyin infeksiya mənbəyi yoluxmuş bitki qalıqlarında qışlayır.
Mübarizə tədbirləri
Sahələr bitki qalıqlarından təmizlənməli, dərin şum aparılmalıdır;
Məhsul toplanmasından sonra şum altına zənginləşdirilmiş fosfor-kalium gübrələri
verilməlidir;
Xəstəliyin ilkin əlamətləri göründükdə 1 %-li kalloid kükürd məhlulu ilə işçi məhlulun
məsarifi 600-800 litr/ha olmaqla iki çiləmə aparılır.
Serkosporoz
(Cercosrora derrasa).
Xəstəlik yarpaq, gövdə, saplaq və çiçək qrupunda
ləkə formasında əmələ gəlir. Kərəvizdə ləkə yarpağın hər iki tərəfində, qeyri-düzgün formalı,
qonur rəndədir. Cəfəri və şüyüdün yarpaq, gövdə və çiçək qrupunda ləkələr kiçik, kələ-kötür,
sarıdan çirkli qonur rəngədək olur və bəzən ləkələr birləşir.
Rütubətli havada ləkələr
üzərində məxməri boz örtük inkişaf edir (Şəkil 6.2). Quru havada belə örtük əmələ gəlmir.
Dostları ilə paylaş: