İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə177/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   173   174   175   176   177   178   179   180   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Yalançı unlu şeh
(Plazmapara nieva 
Schroet). 
Xəstəlik 
yüksək 
rütubətli 
olan 
rayonlarda geniş yayılıb. Yarpaqların alt tərəfində 
ağ örtük müşahidə edilir. Bu örtüklər yarpağın üst 
tərəfində əvvəlcə sarıtəhər, sonra qəhvəyi ləkələr 
əmələ gətirir (Şəkil 6.5). Güclü yoluxan yarpaqlar 
soluxur və quruyur. Xəstəlik kərəvizkimilərin 
toxumları 
üçün 
də 
təhlükəlidir. 
Xəstəlik 
törədicinin inkişafı üçün yüksək nisbi rütubət (85-
90 %) və 15-25 
0
C mülayim temperatur tələb 
edilir.
 
Şəkil 6.5. Yalançı unlu şeh xəstəliyi
Mübarizə tədbirləri
Toxumluq sahələrdə 1 %-li bordo mayesi və ya onun əvəzediciləri olan funqusidlərlə 
çiləmələr aparmaq lazımdır. 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
184 
Fuzaryoz.
Soluxma 
xəstəliyidir. 
Vegetasiyanın başlanğıcından sonuna qədər 
davam edir. Xəstəlik yarpaqları sirayətləndirir. 
Filqə yarpaqların sirayətlənməsi daha təhlükəlidir. 
Göstərilən orqanlarda damarın və ona yaxın 
toxumaların saralması müşahidə olunur. Adətən 
sirayətlənmiş cücərtilər qonurlaşır, büzüşür və 
quruyur (Şəkil 6.6). Erkən yoluxmuş bitkilərin 
buğumarası qısalır, kökboğazına yaxın hissə 
qalınlaşır. 
Xəstəlik 
törədici 
havanın 
temperaturunun aşağı düşməsi və nəmlik 
çatışmazlığı nəticəsində yaxşı inkişaf edir. 
Mübarizə tədbirləri 
Şəkil 6.6. Fuzaryoz xəstəliyi
Növbəli əkin sisteminə əməl edilməli, suvarma normalarını və vaxtını düzgün təyun 
etməklə suvarılmalıdır. 
Pas 
(Uromyces scirr (Cast.) Bur.).
Kərəviz 
fəsiləsi bitkilərində, həmçinin nanə, reyhan 
becərilən bütün rayonlarda rast gəlinir. Yarpağın 
üst səthində, bəzən hər iki tərəfində kiçik sarıya 
bənzər yastıcıqlar əmələ gəlir 
(Şəkil 6.7)
. Xəstəlik 
təsərrüfat əhəmiyyəti kəsb etmir və buna görə də 
ona qarşı xüsusi mübarizə tədbirləri həyata 
keçirilmir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin