Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 191
həşəratların yumurtaları ilə qidalanır. Bu tüfeyli həşərat yumurtasını müxtəlif kəpənəklərin
yumurtası içərisinə qoyur. Tüfeylinin qoyduğu yumurtadan çıxan sürfə zərərvericinin
yumurtasının daxili möhtəviyyatını yeyib, onu məhv edir.
Telenomus tüfeylisi ziyankar bağacığın yumurtasını yoluxdurur. Daxili tüfeylidir.
Afelinus tüfeylisi qanlı mənənəni yoluxdurur. Bir dişi tüfeyli 100-ə qədər yumurta qoya
bilir. Qanlı mənənənin yetkin fərdlərinin daxili tüfeylisidir.
Habrobrakon minicisi - bu tüfeyli yerli tüfeyli olmaqla, əvvəlcə tırtılı, yumurta qoyanı ilə
sancıb iflic edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın
daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir.
6.4. Pestisidlərdən istifadə qaydaları və bitkiçilikdə tətbiq edilən ekoloji tələblər 6.4.1. Pestisidlərdən istifadə qaydaları 1.
Pestisidlərlə işlədikdə texniki təhlükəsizliyə görə məsuliyyət sahibkarın öz üzərinə
düşür.
2.
Xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərində
yalnız təhsilli, kurs hazırlığı və təcrübəsi olan şəxslərin iştirak etməsinə icazə verilir.
Onlar ən azı ildə bir dəfə təhlükəsizlik tədbirləri barədə mövcud olan məlumatlarla
tanış olmalıdırlar.
3.
Uşaqlara, 18 yaşına qədər olan cavanlara, hamilə və südəmər uşağı olan qadınlara,
xəstə adamlara, 50 yaşdan yuxarı qadınlara və 55 yaşdan yuxarı kişilərə pestisidlərlə
işləməyə icazə verilmir.
4.
Mübarizə tədbirlərində istifadə edilən
preparatların xarakterinə uyğun olaraq
müxtəlif fərdi mühafizə vasitələrindən
istifadə edilməsi tövsiyə edilir (Şəkil
6.13).
5.
Pestisidlərlə işlədikdə siqaret çəkmək, su
və qida qəbul etmək qadağandır. Kənar
şəxslərin pestisidlər tətbiq edilən yerdə
durmasına icazə verilmir.