İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
192
qadağandır.
9.
Əkin sahəsi yalnız məsləhət görülən maddələrlə dərmanlanmalıdır. Məhsul
yığımından əvvəl axırıncı dərmanlama vaxtına ciddi əməl olunmalıdır. Dərmanlama
bütün hallarda bitkinin və zərərvericilərin biologiyasına uyğun olaraq təklif olunan
optimal müddətdə aparılmalıdır.
10.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin (şüyüd, cəfəri və sairə) pestisidlərlə
dərmanlanmasına icazə verilmir. Torpaq ziyanvericilərinə və alaq otlarına qarşı
dərmanlanma səpindən qabaq aparılmalıdır.
11.
Pestisidləri saxlamaq üçün istifadə olunan anbar, mexaniki qurğuları doldurmaq və
bitki toxumalarını dərmanlamaq üçün istifadə olunan meydança yaşayış binasından,
heyvandarlıq və quşçuluq fermasından, su mənbəyindən 200-500 metr aralıda
olmalıdır.
12.
Kimyəvi mübarizə aparmağa başlamazdan əvvəl ərazidə olan qonşu təsərrüfatlar
tətbiq olunan preparat haqqında, onun dozası, məqsədi, miqdarı tətbiq qaydası
haqqında xəbərdar edilməlidir. Sahənin sərhədi xəbərdaredici işarələrlə
fərqləndirilməlidir. Arıçılıq təsərrüfatları da xəbərdarlıq edilməlidir.
13.
Sahə mexaniki əl qurğusu ilə maksimum eytiyyatla dərmanlanmalıdır. İş zamanı evin
qapı və pəncərələri örtülməli, su mənbələri və heyvan yemləri zəhərli maddələrdən
qorunmalıdır.
14.
Sahənin dərmanlanması səhər tezdən və axşam saatlarında aparılmalıdır.
15.
Dərmanlanmış sahədə yalnız 3-5 gün keçdikdən sonra işləməyə icazə verilir.
Dostları ilə paylaş: