İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə194/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   190   191   192   193   194   195   196   197   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

4.
 
Fizioloji yığım
dövründə toxumluq üçün istifadə ediləcək məhsul yığılır. 
Ədviyyat, bitki çayları və dərman bitkiləri məhsulunun yığımı adətən istehlak üçün və 
adi yığım dövründə həyata keçirilir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin texniki 
yığım dövrü dedikdə bitkinin toxumladığı dövr başa düşülür və konserv sənayesində geniş 
istifadə edilir.
Şəkil 7.1. Dəstələnmiş göyərti


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
203 
Müasir kənd təsərrüfatı istehsalında ədviyyat, bitki çayları və dərman bitkiləri 
məhsullarını əsasən maşınla yığırlar. Həmin maşınların miqdarı ilbəil artır və iş rejimi 
təkmilləşdirilir. Lakin hələlik ədviyyat, bitki çayları və dərman bitkilərinin əl ilə yığılıb 
çeşidlənməsi geniş tətbiq edilir. Bu zaman sahədə işləri asanlaşdırmaq üçün transpartyordan 
istifadə edirlər.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri (kahı, şüyüd, 
razyana) əllə biçilib yığılır. Bu bitkilər torpağın səthindən 2-4 sm, razyana isə 4-7 sm 
yuxarıdan kəsilir. Şüyüd, kişniş, cəfəri, kərəviz sıx olduqda bitkilər hissə-hissə kökü ilə 
birlikdə çıxarılıb dəstə-dəstə bağlanır, yaxud səbətlərə, dərin olmayan yeşiklərə kökləri bir 
tərəfə olmaqla yığılır. 
Yığım və emal maşınlarının quruluşu yığılacaq məhsulun bioloji xassələrinə görə 
müəyyən edilir. Bu zaman ədviyyat, bitki çayları və dərman bitkilərinin mexaniki quruluş 
xassələri, toxumaların sıxlığı, tərəvəzin sıxılmaya müqaviməti, sürtünmə və sairə nəzərə 
alınır. Qeyd etmək lazımdır ki, maşınla yığımda mexaniki zədələnmə halları çoxalır. Ona görə 
də mövcud maşınların yeniləşdirilməsinin, maşınla yığmaq üçün yeni perspektiv tərəvəz 
sortlarının seçilib becərilməsinin və eləcə də yeni konstruksiyalı maşınlar yaradılmasının 
böyük əhəmiyyəti vardır. Yığım və çeşidləmə zamanı məhsulun keyfiyyətinə təsir edən əsas 
amillər tətbiq olunan maşının quruluşu və optimal yararlılığı, temperatur, çeşidləmə müddəti 
və eləcə də yığımın dövrü və müddətidir. Ədviyyat, bitki çayları və dərman bitkiləri 
məhsulları tarlada, həm də xüsusi məntəqələrdə çeşidlənir. Bu işin vaxtlı-vaxtında və düzgün 
texnoloji qaydada aparılması mühüm əhəmiyyətə malikdir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin