Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
205
Şəkil 7.2. Qablaşdırma materialları
Ədviyyat, bitki çayları və dərman bitkilərinin konteynerlərə qablaşdırılması onların
nəqliyyata yüklənib-boşaldılmasının mexanikləşdirilməsinə və beləliklə də itkinin
azaldılmasına imkan verir. Həmin məhsul anbarda konteynerlərdə saxlanılır. Ədviyyat, bitki
çayları və dərman bitkiləri qablaşdırılmış yeşiklərə etiket yapışdırılır, yəni markalanır.
Burada ədviyyat, bitki çayları
və dərman bitkilərinin sortu, netto və brutto çəkiləri (netto-
yalnız malın çəkisi, burtto-mal və qabın birlikdə çəkisi), qablaşdırıcının nömrəsi və
qablaşdırılma tarixi qeyd olunur.
Yarpağından
istifadə edilən
ədviyyat, bitki çayları və dərman bitkiləri,
o cümlədən
çoxillik bitkilərin məhsulu 50-200 qramlıq dəstələrə bağlanır (şəkil). Dəstə bağladıqda köklər
bir tərəfə, yarpaqlar digər tərəfə düzülür, bağlamaq üçün söyüd çubuqlarından, kəndirdən,
çildən,
yumşaq alüminium məftildən, sintetik liflərdən və sairə istifadə olunur. Dəstə
bağlanmasa məhsul tez əzilir, yarpaqlar köklərə qarışıb çirklənir. Lakin dəstə bağlamağa çox
əmək sərf edilir.
Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin az miqdarını isti havalarda qarğı,
söyüd, gərməşov çubuğundan düzəldilən səbətlərdə açıq havalarda daşımaq çox əlverişlidir.
Bu səbətlər 10-50 kq-lıq olmaqla, yaxşı havalanırlar. Göyərtinin
bu cür səbətlərdə
qablaşdırılaraq daşınması daha yararlıdır.
Dostları ilə paylaş: