İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə200/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   196   197   198   199   200   201   202   203   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
208 
anbarlarda ədviyyat, bitki çayları və dərman bitkilərinin temperaturu 3-4 
0
C-yə endikdən 
sonra onun üstü tam örtülür. Bu anbarların mənfi cəhəti ondan ibarətdir ki, saxlama 
prosesində içəridə baş verən bütün prosesləri izləmək çətin olur. Sadə anbarlar əsasən 
istehlak yerlərində və tədarük məntəqələrində hazırlanır.
İxtisaslaşdırılmış anbarlar xüsusi avadanlıqla təchiz edilməklə soyudulmayan və 
soyudulan (soyuducu kameralar) olurlar. Cəfəri və kərəvizi saxlamaq üçün daha perspektivli 
üsul onu taralara qablaşdırılmış şəkildə soyuducularda hava cərəyanı ilə və yaxud 
polietilendən hazırlanmış kisələrdə saxlamaqdır. Çünki, məhsulun tarada saxlanması 
daşınmanı asanlaşdırır.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərini 0 
0

temperaturda və 95-97 % nisbi rütubətdə saxlamaq lazımdır. Yarpağından istifadə edilən 
ədviyyat, bitki çayları və dərman bitkilərini soyuducularda və buzxanalarda saxlamaq daha 
əlverişlidir. Çünki belə halda onlar soluxmadan 1-2 həftə qala bilirlər. 
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin uzun müddət 
saxlanması mümkün olmadığına görə, onlar emal (əsasən ev şəraitində) olunmuş şəkildə 
saxlanılır. Belə ki, onları qurudulmuş, marinadlaşdırılmış və dondurulmuş şəkildə saxlamaq 
mümkündür. 
Yarpağından istifadə edilən ədviyyat, 
bitki çayları və dərman bitkilərini donduraraq 
saxlamaq üçün əvvəlcə onlar yuyulur, suyu 
çəkildikdən sonra dorğanaraq, soyuducunun 
buz qabının kiçik hissələrinə doldurulur. 
Sonra üzərinə qaynanmış su tökülür və 
soyuduqdan sonra dondurucuya qoyulur. 
Qışda donmuş ədviyyat kubları çıxarılaraq 
yeməklərdə istifadə edilir. Onu da qeyd edək 
ki, donma müddəti məhsulun keyfiyyətinə bir 
başa təsir göstərir. Belə ki, tədricən 
dondurulmaya nisbətən, tez dondurulmuş 
məhsullarda vitaminlər qalır. Ədviyyat, bitki 
çayları 
və 
dərman 
bitkilərinin 
tez 
dondurulması mənfi 30-40 
0
C-də 2 saat 
müddətində aparılır. Bu zaman məhsulun 
daхilində temperatur mənfi 18 
0
C olmalıdır. Bu 
zaman dondurulacaq məhsul birbaşa istifadə 
edildiyi üçün onlar yuyulur və dorğanaraq 
qablaşdırılır (əsasən polietlen torbalara 
yığılır). Bütöv halda da dondurmaq olar.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin