İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 7.3. Tərəvəzlərin polietlen torbalarda qablaşdırılması



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə198/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   194   195   196   197   198   199   200   201   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 7.3. Tərəvəzlərin polietlen torbalarda qablaşdırılması


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
206 
Son zamanlar istər yarpağından istərsə də kökündən istifadə edilən ədviyyat, bitki 
çayları və dərman bitkilərinin qablaşdırılmasında polietlen torba və vakumlardan geniş 
istifadə edilir. 
Ədviyyat, bitki çayları və dərman bitkiləri daşınması.
Ədviyyat, bitki çayları və 
dərman bitkilərinin istehlakçıya keyfiyyətli halda çatdırılması işində daşınmanın əhəmiyyəti 
böyükdür. Çünki, ədviyyat, bitki çayları və dərman bitkiləri respublikanın iri sənaye 
şəhərlərinə əsas istehsal bölgələrindən aparılır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin 
qablaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Ədviyyat, bitki çayları və dərman 
bitkilərinin daşınmasında tətbiq edilən tara növləri məhsulun quruluşundan asılı olaraq 
müxtəlifdir. Bu məhsul, əsasən 3 qaydada – taralarda, tarasız və konteynerlərdə daşınır.
Ədviyyat, bitki çayları və dərman bitkiləri dəmir yolu, su, avtomobil və habelə hava 
nəqliyyatında daşınır, ən çoxu isə dəmir yolundan istifadə edilir. Bu məqsəd üçün adi örtüklü 
vaqonlar, germetik vaqonlar yararlıdır. Adi örtüklü vaqonlarda içəridə temperatur 
nizamanmır. Daxili temperatur bayır havanın temperaturundan asılıdır. Məhsul belə 
vaqonlarda yaxın məsafəyə daşınır. Bu vaqonlardan, əsasən yay aylarında istifadə edilir. Payız 
aylarında ədviyyat, bitki çayları və dərman bitkilərinin daşınmasında mənfi 2 
0
C-yə qədər 
şaxta olduqda ventilyasiyadan istifadə edilir. Xarici mühitdə şaxta 5 
0
C-dən az olduqda 
tərəvəzin üstünü örtürlər. Örtük kimi pambıq odeyallardan, qalın kağızdan və samandan 
istifadə edilir. Vaqon-buzxanalar tərəvəzin keyfiyyətli daşınmasını təmin edir və vaqonun 
daxilində müntəzəm olaraq aşağı temperaturu saxlayır. Bu vaqonların içərisinə buz-duz 
qarışığı və ya ayrıca buz qoyulur. Germetik vaqonlar tərəvəzin keyfiyyətli daşınmasını daha 
yaxşı təmin edir. Şaxta 15 
0
C-dən aşağı olduqda vaqon isidilir. Bu zaman ventilyator vasitəsilə 
hava cərəyanı nizamlanır. Bayırda müsbət 30-dan mənfi 45 
0
Cyə qədər temperatur olduqda 
belə vaqonlarda müsbət 6
0
C-yə qədər soyuqluq yaratmaq mümkündür. Əgər vaqon ədviyyat, 
bitki çayları və dərman bitkilərinin yığılmasından əvvəl soyudulmuşdursa, onlar daha yaxşı 
keyfiyyətdə qalır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin növündən asılı olaraq 
yeşiklərə, yeşik-qəfəsələrə, səbətlərə, konteynerlərə qablaşdırılaraq daşınmaq üçün 
hazırlanır. Belə qablaşdırılmış məhsul vaqonlarda ştabel qaydasında yığılır və vaqonun giriş 
yerindən içəriyə doğru 60 sm enində hərəkət üçün yer saxlanılır. Vaqonun tavanı ilə üst yeşik 
cərgəsinin arası 40-50 sm olmalıdır. Daşınma zamanı temperatur 4-5 
0
C -dən yuxarı, 0 
0
C -dən 
aşağı olmamalıdır. Dəmir yolunda daşınmaya nisbətən su nəqliyyatında daşınma ucuz başa 
gəlir. Burada gəmilərdən və motorlu qayıqlardan istifadə edilir. İçinə tərəvəz yığılmış taraları 
ştabel qaydasında divardan 20-25 sm aralı yığırlar. Ventilyasiya olmadıqda və yığılmağa 
nəzarət edilməməsi nəticəsində içəridə istilik həddindən artıq qalxa bilər. Bu isə həm 
mikroorqanizmlərin inkişafına, həm də ədviyyat, bitki çayları və dərman bitkilərinin 
keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ədviyyat, bitki çayları və dərman bitkiləri 
daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə edilir. Avtomobillə daşınma yerli 
əhəmiyyətə malikdir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin keyfiyyətinin aşağı 
düşməməsi üçün məhsul yayda gecə vaxtı daşınmalıdır. Daşınan məhsulun üstü isə mütləq 
örtülməlidir. Son illərdə ədviyyat, bitki çayları və dərman bitkilərinin daşınmasında hava 
nəqliyyatından da istifadə edilir. 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin