İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə196/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   192   193   194   195   196   197   198   199   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Rəng
 -
ədviyyat, bitki çayları və dərman bitkilərinin sortuna müvafiq, normal və yığılma 
yetişkənliyi dövrü üçün tipik olmalıdır. 
Təzəlik
 -
ədviyyat, bitki çayları və dərman bitkilərinin kimyəvi tərkibi, suyun normallığı, 
toxumların vəziyyəti ilə bağlıdır. Bəzi ədviyyat, bitki çayları və dərman bitkiləri üçün 
bürüşmüş məhsulun miqdarı standart üzrə normalaşdırılır. Səthinin vəziyyəti (quru, təmiz) 
bir çox ədviyyat, bitki çayları və dərman bitkiləri üçün nəzərə alınan göstəricidir. Ədviyyat
bitki çayları və dərman bitkilərinin səthində su damlalarının olması fitopatogen 
mikroorqanizmlərin inkişafını asanlaşdırır. Ona görə də ədviyyat, bitki çayları və dərman 
bitkilərinin səthi quru olmalıdır. Onlar üçün səthin təmiz olması da nəzərə alınır. 
Daxili quruluş
-
keyfiyyət göstəricisi kimi başqa ədviyyat, bitki çayları və dərman 
bitkilərinin sortlaşdırılması zamanı nəzərə alınır. Daxili quruluş müəyyən edilərkən lətin 
yetişməsinə, şirəliyinə, rənginə, boşluğun olmasına, kobudluq və zərifliyə fikir verilir. 
İrilik (həcm)
-
ədviyyat, bitki çayları və dərman bitkilərinin ən böyük en kəsiyinin 
diametrinə və ya kütləyə görə müəyyən edilir. Əksər ədviyyat, bitki çayları və dərman 
bitkiləri üçün ən qısa və ən uzun diametr müəyyən edilir. Ölçüyə görə çeşidləmə məhsulun 
qablaşdırılmasını asanlaşdırır. 
Ölçüyə görə çeşidləmə -
 
ədviyyat, bitki çayları və dərman bitkiləri keyfiyyətinə görə 
çeşidləndikdən sonra ölçüyə görə çeşidləmə aparılır, yəni məhsul kalibrləşdirilir. Bəzən 
kalibrləşdirici maşınlardan istifadə edilir və iri, orta və xırda olmaqla ən azı 3 ölçüdə 
çeşidlənir. ədviyyat, bitki çayları və dərman bitkiləri əmtəə etimalına onların qəbulu, 
çeşidlənməsi, qablaşdırılması və markalanması aid edilir. 
Ədviyyat, bitki çayları və dərman bitkiləri yığıldıqdan sonra təxmini olaraq yoxlanılır və 
müvafiq standart əsasında sortlaşdırılır. Bu məqsədlə üzərində olan torpaq qurudulur. 
Kökümeyvəlilər torpaqdan təmizlənir, havada qurudulur və kötük hissəsi 1 sm qalmaq şərtilə 
kəsilir.
Həm tarlada (yığılan vaxt) həm də kötük hissə kəsilən zaman standarta görə sortlara 
ayrılır. Bürüşməsin deyə, saman və ya ağac kəpəyi ilə qablaşdırılır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin