İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
200
Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Əziz tələbələr! Son illər bitkiçilik məhsulları, xüsusilə ədviyyat, bitki çayları və dərman
bitkiləri istehsal yerindən (becərildiyi yerdən) bazara çıxarılana qədər keyfiyyətini və əmtəə
görünüşünü itirməklə, sərfəli qiymətə satıla bilmir. Bunun da əsas səbəbi məhsulun
qablaşdırma, çeşidlənmə və saxlanmasının düzgün təşkil edilməməsidir.
Öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin tərkib хüsusiyyətləri
müхtəlifdir və bunlardan asılı olaraq bəziləri uzun müddətdə, bəziləri isə qısa müddətdə
saxlanılaraq tez хarab olub sıradan çıхır. Odur ki, ədviyyat, bitki çayları və dərman
bitkilərinin düzgün saхlanılması onun keyfiyyətli qalmasının əsas şərti olduğundan,
öyrənilməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Məhsulun yaxşı saxlanmasının əsas şərti isə
məhsulun düzgün yığılması, sortlaşdırılması və qablaşdırılmasıdır. Yığım vaxtının düzgün
müəyyən edilməsi, məhsulun keyfiyyətli yığılmasına səbəb olur. Yığımdan sonra məhsul
keyfiyyətindən asılı olaraq çeşidlənir. Standartların tələbinə müvafiq olaraq ədviyyat, bitki
çayları və dərman bitkiləri əmtəə emalından keçirilir. Onların keyfiyyətli halda istehlakçıya
çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə malikdir. Qablaşdırma
zamanı taradan istifadə daşınmanı asanlaşdırır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin
düzgün saxlanmasını təmin etmək üçün saxlayıcıları düzgün seçmək və nizamlamaq lazımdır.
Əziz tələbələr!
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin
yığılması, qablaşdırılması, saxlanması qaydaları haqqında məlumat əldə edəcək, emalı
üsullarını və satış kanallarını mənimsəyəcəksiniz.
Dostları ilə paylaş: