İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Sarılıq  (Cucumber mosaic virus)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə178/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   174   175   176   177   178   179   180   181   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Sarılıq 
(Cucumber mosaic virus).
Virus 
xəstəliyidir. 
Kərəviz fəsiləsi bitkilərini yoluxdurur.
Cücərtilərlə eyni vaxtda əmələ gəlir. Çox zaman 
yarpaqların damarları yoluxur və onlarda saralma 
müşahidə olunur (Şəkil 6.8). Gövdə güclü 
budaqlanır, bitki “şeytan süpürgəsi” görkəmi alır. 
Çiçəklər sterilləşir, böyümə yubanır. Kərəvizin 
yoluxmuş yarpaqları qısalır və düz durur. 
Mexaniki olaraq virus ötürülmür, çoxillik 
bitkilərdə qışlayır. İnfeksiya müddəti 10-40 
gündür. 
Mübarizə tədbirləri 
Virus 
xəstəliklərinə 
qarşı 
mövcud 
aqrotexniki tədbirlər kompleksini tətbiq etməklə
alaq otlarına və virusların daşıyıcıları olan 
mənənələrə qarşı kimyəvi çiləmələr aparılır.
 
Şəkil 6.7. Pas xəstəliyi 
 
Şəkil 6.8. Cəfəridə sarılıq xəstəliyi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
185 
Yadda saxla!
Vegetasiya dövründə səbzə tərəvəzlərin becərilməsində kimyəvi 
preparatlardan istifadə etmək olmaz.
Yalançı unlu şeh 
(Pernosrora brassicae).
Şitillər üçün ən təhlükəli xarakter daşıyır.
Xəstəlik bitkinin filqə və həqiqi yarpaqlarının üst tərəfində solğun sarı dağınıq ləkələr, 
alt tərəfdə isə ağ seyrək örtüyün əmələ gəlməsilə xarakterizə olunur. Örtülü sahədə yüksək 
rütubət olduqda və bitkilər sıx əkildikdə xəstəlik 2-3 günə bitkiləri tam məhv edir. Yaşlı 
bitkilərdə xəstəlik adətən bitkilərin alt yarpaqlarında müşahidə edilir. Xəstəlik törədici 10-15 
0
C temperaturda və 80-90 % nəmlikdə inkişaf edir.
Mübarizə tədbirləri 

Xəstəliyin qarşısının alınması üçün sanitar-profilaktiki, aqrotexniki tədbirlər 
kompleksi həyata keçirilməlidir

Yalnız sağlam toxum materialı əldə edilməlidir; 

Toxumlar termiki üsulla işlənməlidir (48-50 
0
C temperaturda 90 dəqiqə 
saxlanmalıdır). 

Şitillikdə xəstəliyin ilkin simptomları müşahidə edildikdə 0,5 %-li bordo mayesi və ya 
əvəzediciləri ilə 5-6 günlük intervalla çiləmə aparılmalıdır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin