İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə174/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   170   171   172   173   174   175   176   177   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Oxumadan öncə araşdır:
Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində yayılan xəstəlik və 
zərərvericiləri təyin edərkən və onlara qarşı mübarizə tədbirlərini həyata keçirərkən nələrə 
diqqət edilməlidir? 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
181 
6.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlik və zərərvericiləri, 
onlara qarşı mübarizə tədbirləri 
Bitki xəstəlikləri və onlara qarşı mübarizə ilə 
fitopatologiya
elmi məşğul olur. 
Fitopatologiya yunan sözü olub (
phuton 
- bitki, 
patos
– xəstəlik, 
loqos
-elm), bitki xəstəlikləri 
haqqında elmdir. 
Bitki xəstəliyi pataloji proses olub, bitki, xəstəlik törədici və ətraf mühit amillərinin 
təsiri altında baş verir. 
Xəstə bitki - özünəməxsus bioloji sistemdir, onun çərçivəsi daxilində bitki və patogenin 
(xəstəlik törədən orqanizm) böyüməsi və inkişafı baş verir. Bu isə bitkinin və ya onun ayrı-
ayrı orqanlarının formasının dəyişməsi, böyüməsinin pozulması ilə nəticələnir. 
Kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləri müxtəlif mikroorqanizmlərdir: 
göbələklər, bakteriyalar, viruslar və sairə. 
Xarici mühit amilləri içərisində temperatur və rütubət göbələklərin inkişafında önəmli 
yer tutur. Göbələklər geniş temperatur həddi (2-40 
0
C) daxilində inkişaf etsələrdə, onların 
böyümə və inkişafı üçün 18-25 
0
C temperatur optimal hesab olunur. 
Bir çox göbələklərin inkişafında rütubət amili həlledicidir. Göbələklərin əksər 
nümayəndələri yalnız damcı su, yüksək rütubət, şeh şəraitində cücərir və bitkiləri 
sirayətləndirir (yoluxdurur). Torpaqda yaşayan göbələklər üçün torpağın turşuluğu mühüm 
əhəmiyyət kəsb edir. Torpaq turşuluğunun zəif olması (pH 4,0-6,0) torpaq göbələklərinin 
əksəriyyəti üçün əhəmiyyətlidir. 
Bitki zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri ilə 
entomologiya 
elmi məşğul 
olur. Entomologiya yunan sözlərinin birləşməsi olub (
entomon
– həşərat, 
loqos
– elm) həşərat 
aləmindən bəhs edir.
Zərərverən orqanizmlərə qarşı səmərəli mibarizə tətbiq etmək üçün həşəratın həyat 
tərzi və inkişaf şəraitini bilmək lazımdır. Belə ki. həşərat istiqanlı olmadığı üçün bədəninin 
temperaturunu nizamlaya bilmir. Odur ki, havanın temperaturu nə qədər olarsa həşəratın 
bədəninin temperaturu da o qədər olur. 
Əksər həşərat 10-35 
0
C temperaturda normal yaşayır. Temperatur müsbət 35 
0
C-dən 
artıq olduqda, yaxud müxbət 10 
0
C-dən aşağı düşdükdə həşəratın orqanizmində fizioloji və 
bioloji proseslər dayanır. Yəni həşərat öz fəallığını itirir. Müsbət 35 
0
C ilə 50 
0
C temperatur 
arasında həşəratda müvəqqəti keyimə baş verir və temperatur 50 
0
C-dən yuxarı olduqda isə 
həşərat yaşaya bilmir, məhv olur. Temperatur azaldıqda həşəratın inkişafı, yüksək 
temperatura nisbətən ləng gedir. Əksər həşəratın yaşayışı üçün rütubət 35-75 %-dir. 
Normadan artıq rütubət həşərata pis təsir edir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin