Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
183
Septorioz
(Sertori retroselini Desm.).
Xəstəlik geniş yayılmışdır. Onunla cəfəri, kərəviz,
şüyüd, həmçinin nanə və reyhan yoluxurlar.
Cücərti və yaşlı bitkilərdə yarpağın hər iki
tərəfində ləkələr əmələ gəlir. Toxumlarda yoluxa
bilirlər. Xəstəlik törədicidən asılı olaraq ləkə sarı
yaşıldan qonur rəngə qədər olur. Xəstəlikdən
əsasən yarpaqlar əziyyət çəkir. Yoluxmuş
yarpaqlar saralır və soluxur (Şəkil 6.3). Yoluxma
yüksək nəmlikdə və 22-27
0
C temperaturda baş
verir.
Mübarizə tədbirləri
Şəkil 6.3. Septorioz xəstəliyi
Bitkinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi
həyata keçirilməlidir.
Ramulyarioz.
Bitkinin inkişafının bütün
fazalarında yarpaq, saplaq, gövdə və çiçək
qrupunu sirayətləndirir (yoluxdurur). Yoluxan
yarpaqlarda qonur ləklər əmələ gəlir. Sonra
ləkələr böyüyərək quruyur və bütün yoluxmuş
orqanları əhatə edir (Şəkil 6.4). Güclü
sirayətlənmə 90-95 % nisbi rütubətdə və yağışlı
havalarda baş verir.
Mübarizə tədbirləri
Şəkil 6.4. Ramulyarioz xəstəliyi
Vegetasiya dövründə bitki xəstə yarpaqlardan təmizlənməlidir;
Bitki becərilən sahə yumşaldılmalı, seyrəltmə aparılmalı və ağac külü verilməlidir;
Çiçəkləməyə qədər “Zaslon” bioperatından istifadə edərək çiləmə aparılmalıdır (1 litr
suya 15 qram).
Dostları ilə paylaş: