5.3.1. Orqanik ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalı haqqında məlumat, mineral gübrələrin məhsulda qalıq təsiri, onların normaları və məhsulun sertifikatlaşdırılması Orqanik ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalının əsas mahiyyəti növbəli
əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin xəstəlik və
zərərvericilərə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbiqi, gübrələrin, herbisidlərin,
boy stimulyatorlarının, əlavə qarışıqların azaldılması və sairə prinsipinə əsaslanır. Mineral
gübrələr tələb olunan normadan artıq tətbiq edilərsə, bu bir sıra aqro-ekoloji və sanitar-
gigiyenik problemlər yaradır.
Normadan artıq gübrələmə apardıqda mineral gübrələrin torpaqda qalıq təsiri hesabına
torpağın münbitlik göstəriciləri pisləşir. Həmçinin, torpaqda qalan mineral gübrələr
atmosferi və hidrosferi çirkləndirir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olur.
Torpağa verilən mineral gübrələrin bitkilərin tərkibində qalıq təsiri nəticəsində məhsulun
keyfiyyəti pisləşir. Nəticədə, sanitar-gigiyenik normalara cavab verməyən, ekoloji cəhətdən
çirkli məhsullar istehsal olunur. Bu da insanların və kənd təsərrüfatı heyvanlarının
sağlamlığına mənfi təsir göstərir.
Aparılan tədqiqatların nəticələri göstərir ki, torpağa verilən azot gübrələrinin yalnz 40 %-i
bitkilər tərəfindən mənimsənilir, qalan hissəsi qaz birləşmələri şəklində atmosferə qalxır və ya
mütəhərrik halda torpaq horizontları ilə aşağıya doğru yuyulır.
Mineral azotun intensiv istifadə olunduğu ərazilərdə mövcud olan qrunt sularında
nitratların toplanması halları daha çox nəzərə çarpır. Yeraltı sular hesabına formalaşan şirin su
hövzələrində nitratların toplanması sanitar-gigiyenik problemlər yaradır. Nəzərə alsaq ki, bir çox
ölkələrin dövlət standartlarına uyğun olaraq içməli suyun tərkibində olan nitratların buraxıla
bilən həddi 25-45 mq/litr qəbul edilmişdir, onda şirin suyun tərkibində qeyd olunan həddən artıq
nitratların toplanması sanitar gigiyenik baxımdan olduqca təhlükəli hesab olunur.
Mineral gübrələr torpağın ağır metallarla və toksiki elementlərlə çirklənməsində əsas
mənbə hesab olunur. Ağır və toksiki metallarla çirklənmiş torpaqlarda becərilmiş bitkilərdə
bu elementlər məhsul vasitəsilə ilə insan və heyvan orqanizmlərinə keçərək sağlamlığa ciddi
ziyan vurur.
Ağır və radioaktiv
elementlər
Ədviyyat, bitki
çayları və dərman
bitkiləri
Ağır və radioaktiv
elementlər
Ədviyyat, bitki
çayları və dərman
bitkiləri
Hg
0,02
Ni
0,5
Cd
0,03
Se
0,5