Sərbəst iş üçün tapşırıqlar
1.
Sizə yaxın ərazidə mövcud olan təsərrüfatlara səfər edin və həmin təsərrüfatda becərilən
ədviyyat, bitki çayları və dərman bitkiləri ilə tanış olun.
2.
Təsərrüfatda hansı ədviyyat, bitki çayları və dərman bitkilərinin becərildiyini müəyyən
edin və botaniki təsnifləşdirin.
3.
Təsərrüfatların (ərazilərnin) ixtisaslaşdığı ədviyyat, bitki çayları və dərman bitkilərinin
ömürlərinin uzunluğuna və inkişaf xarakterinə görə qruplaşdırın.
4.
Əldə etdiyiniz məlumatları qeyd edin və qısa hesabat şəklində təqdimat edərək qrup
yoldaşlarınızla müzakirə edin.
İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
70
Praktiki tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq 1.1.
Müxtəlif növ ədviyyat, bitki çayları və dərman bitkilərinin bioloji-
təsərrüfat xususiyyətləri və morfoloji nişanələri ilə tanış olun. Götürdüyünüz tərəvəzi bioloji-
təsərrüfat xüsusiyyətlərinə görə qruplaşdırın və botaniki təsvirini verin.
Tapşırıq və fəaliyyətlər
Təlimat və tövsiyələr
1.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin seçilməsi
Müxtəlif növ ədviyyat, bitki çayları və
dərman bitkiləri tədarük edin.
Tədarük edilən bitkilərin növünü
müəyyənləşdirin.
Müəyyənləşdirdiyiniz ədviyyat, bitki
çayları və dərman bitkilərindən bir
nümayəndə götürün.
2.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin bioloji- təsərrüfat və
aqrotexniki xüsusiy-yətlərinə görə
qruplaşdırılması
Götürdüyünüz ədviyyat, bitki çayları və
dərman bitkilərinin ömrünün uzunluğuna
və inkişaf xarakterinə görə və təsərrüfat
nişanələrinə və ya yeyilən hissələrinə görə
qruplaşdırın.
Tətbiq edilən aqrotexnikanı asanlaşdırmaq
üçün hansı aqrotexniki qrupa aid olduğunu
müəyyən edin.
3.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin botaniki təsnifatı
Götürdüyünüz bitki növünün hansı fəsilənin
nümayəndəsi olduğunu müəyyən edin.
Fəsiləni müəyyən etdikdən sonra
öyrəndiyiniz ədviyyat, bitki çayları və
dərman bitkilərinin hansı cinsə və növə aid
olduğunu tapın.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin mənsub olduğu fəsilənin, cinsin
və növün latın adını öyrənin.
4.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin orqanlarının botaniki
təsviri
Öyrəndiyiniz ədviyyat, bitki çayları və
dərman bitkilərinin vegetativ (kök, gövdə,
yarpaq) və generativ orqanlara (çiçək,
meyvə, toxum) ayırın.
Vegetativ və generativ orqanların ayrı-
ayrılıqda formalarını (mövcud standartlara
əsasən) müəyyən edərək təsvir edin.
Orqanların ölçüsünü təyin edin və bu zaman
millimetrlik ölçüləri olan kağız və ya
|