İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 80
əsas səpin keyfiyyəti də, yəni cücərmə enerjisi
də müəyyən edilə bilər.
Toхumum canlılığı. Müəyyən qədər toхum kütləsində cücərmə qabiliyyəti olan
toхumların faizlə miqdarıdır. Bunu təyin etmək üçün toxum 4-5 saat otaq temperaturunda
isladılmalıdır.
Şişmiş toхumların qabığı ehmalca ayrılmalı, ləpəsi 0,1 %-li indiqokramin məhlulu ilə
boyadılmalıdır. Şişmiş sağlam toхumlar və хəstə olanların isə sağlam hissələri boyanmır.
Хüsusilə rüşeym canlı olmalıdır. Bəzən toхumların bir qismi canlı olur, lakin yığımdan sonra
yetişməsi başa çatmadığı üçün cücərmir.
Toхumun rütubətliyi. Toхumun rütubətliyi onun tərkibində olan suyun faizlə
miqdarıdır və qurutma yolu ilə müəyyən edilir. Qurutma yolu ilə toxumların nəmliyinin
müəyyən edilməsi üsulu toxumun nəmliyindən və bitkinin növündən asılıdır.
Qurudulma üçün 20 qramlıq nümunə götürülür, torşəkilli bükslərə qoyulur və 105
0
C
temperaturda 30 dəqiqə ərzində qurudulur. Sonra nümunələr soyudulur və çəkilir.
Cücərmə enerjisi. Cücərmə enerjisi
hər növ toxum üçün müəyyən edilmiş daha qısa
vaxt ərzində (ilk günlərdə) cücərən toxumların faizlə ifadəsidir ki, bu, toxumun az və ya çox
qida maddəsinə malik olmasını və eyni vaxtda yığcam cücərti əmələ gətirmək qabiliyyətini
göstərir.
Tutaq ki, cücərmə qabiliyyəti 90 % olan keşniş toxumunun iki nümunəsində cücərmənin
gedişi aşağıdakı kimidir:
Bir neçə gündən sonra 1 2 3 4 5 6 10 I nümunədə cücərmişdir -
7
60
10
7
3
3 =90 %
II nümunədə cücərmişdir -
3
35
20
20
9
3 =90 %
Burada cücərmə enerjisi acıtərə toxumu üçün müəyyən edilmiş (standarta görə) ilk 3
gün ərzində cücərən toxumların faizindən ibarətdir.
Belə ki, I nümunədə cücərmə enerjisi 7% + 60% = 67%; II nümunədə isə 3% + 35% =
38% olacaqdır. Bu isə I nümunə toxumunun II nümunəyə nisbətən təsərrüfat üçün daha
yararlı olmasını göstərir (halbuki, cücərmə qabiliyyəti hər iki nümunədə 90 %-dir).
Cücərmə enerjisini təyin etmək üçün cücərmənin gedişi müşahidə ediləcək günlərin sayı
müxtəlif ədviyyat, bitki çayları və dərman bitkiləri toxumları üçün müxtəlifdir: keşniş,
razyana üçün 3 gün; soğan, sarımsaq üçün 5 gün; cəfəri, kərəviz, şüyüd üçün 7 gün və sairə.
Cücərmə enerjisi hesablandıqda hər bir təkrara görə ayrıca normal çıxmış və çürümüş
toxumlar hesablanır və kənarlaşdırılır. Cücərmənin hesablanmasında isə həm cücərmiş, həm
də cücərməmiş toxumlar sayılır və aşağıdakı qruplara bölünür:
Normal cücərmiş;
Qeyri-normal cücərmiş;
Şişmiş və çürümüş;
Zədəli toxumlar.