İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 2.1. 1-birtoxumlu, 2-ikitoxumlu, 3-çoxtoxumlu



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə77/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   73   74   75   76   77   78   79   80   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Şəkil 2.1. 1-birtoxumlu, 2-ikitoxumlu, 3-çoxtoxumlu
 
Bir sıra bitkilərin vegetativ hissələri yeyilir, meyvə və toxumu isə yeyilən deyil və yalnız 
bitkini çoxaltmaq üçün lazımdır.
Çoxtoxumlular: 
Mərzə; 
Reyhan. 
İkitoxumlular: 
Cəfəri; 
Kərəviz; 
Keşniş; 
Havuç; 
Şüyüd; 
Raziyana; 
Zirə; 
Cirə; 
Təkə keşnişi və 
sairə 
Birtoxumlu: 
Tərxun. 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
78 
Toxumlar böyüklüyünə və çəkilərinə görə çox müxtəlifdir. Onlar cürbəcür rəngdə olur. 
Səpin materialı dedikdə, praktikada bir qayda olaraq toxum başa düşülür. Lakin 
kərəvizkimilər, qarabaşaq (yolotular), astraçiçəklilər, pişikotukimilər fəsilələrinə daxil olan 
bitkilərin səpin materialı əslində meyvədir və daxili toxum örtüyündən, xarici örtükdən 
ibarətdir. Onların bu quru meyvəsinə elə toxum demək olar. Çünki toxum meyvənin əsas 
kütləsini təşkil edir. 
2.1.1. Toхumların keyfiyyəti göstəriciləri və onlara qoyulan tələblər 
Toxum nə qədər yaxşı keyfiyyətli olsa, ondan inkişaf edən bitkilər də bir o qədər güclü, 
məhsuldarlıq isə yüksək olar. Yaxşı toxum yüksək məhsul deməkdir. Səpin üçün ayrılan bütün 
toxumlar tələbata uyğun gəlməlidir. Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz 
olmalıdır. Yəni toxum materialında tullantı və yad qarışıqlar nə qədər az olsa, toxum bir o 
qədər təmiz olar. Belə keyfiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq toxumları 
qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək, 
təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini 
yoxlamaq lazımdır. Kondisiyaya (tələbata) uyğun olmayan toxumlardan səpin üçün istifadə 
edilməməlidir.
Toхumun səpin keyfiyyətləri onun səpinə yararlı olmasını göstərir və bu səpiləcək 
toхumun təmizliyi onun cücərmə qabiliyyəti, canlılığı, cücərmə enerjisi, təsərrüfat yararlılığı, 
böyümə gücü, rütubəti, kütləsi, хəstəlik və zərərvericilərlə yoluхma dərəcəsi ilə müəyyən 
edilir. Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümunədən iki orta nümunə: biri 
toxumların cücərmə qabiliyyətini, cücərmə enerjisini, xəstəliklərə tutulmasını, mütləq 
çəkisini, təmizliyini təyin etmək üçün, ikincisi isə toxumların rütubətliyini və anbar 
zərərvericilərinə tutulmasını təyin etmək üçün götürülür. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin