İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Tədris nəticəsinin təsviri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə76/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   72   73   74   75   76   77   78   79   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Tədris nəticəsinin təsviri: 
Bu təlim elementini öyrəndikdən sonra siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
 

Ədviyyat, bitki çayları və dərman bitkilərinin generativ orqanları haqqında, xüsusilə 
meyvə və toxumun quruluşu, toхumun istifadə müddəti və saхlanma qabiliyyəti 
barədə məlumat əldə edəcəksiniz;

Əkin materialı kimi toxumların təmizlik faizi, cücərmə qabiliyyəti, cücərmə enerjisi, 
təsərrüfat yararlılığı və səpin normasını təyin etməyi və dəqiqləşdirməyi 
öyrənəcəksiniz; 

Ədviyyat, bitki çayları və dərman bitkilərin cücərtilərinə və ilk həqiqi yarpağına görə 
tanıyacaqsınız; 

Şitillərin yetişdirilməsində geniş yayılmış xəstəlik və zərərvericiləri təyin edə biləcək 
və onlara qarşı mübarizə tədbirlərini tətbiq etməyi bacaracaqsınız. 
Məqsəd:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin çoxaldılması üsulları haqqında nəzəri və 
praktiki vərdişlərə yiyələnmək.
 
Oxumadan öncə araşdır:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin çoxaldılması üsullarını digər bitki 
qruplarından fərqləndirərkən nəyə diqqət edilməlidir? 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
77 
2.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının əsas quruluş 
xüsusiyyətləri (aspektləri), formaları və onların praktiki istifadəsi
Toxum bitkinin müstəqil çoxalma orqanıdır. Ədviyyat, bitki çayları və dərman 
bitkilərinin daxil olduğu örtülütoxumlu bitkilərdə toxum çiçəyin yumurtalığında 
yumurtacığın mayalanması nəticəsində əmələ gəlir. Yumurtalıqda bir yumurtacıq olarsa, 
ondan bir toxumlu meyvə, iki olarsa ikitoxumlu meyvə, çox olarsa, çoxtoxumlu meyvə əmələ 
gələr (Şəkil 2.1).
1
 
2
 
3

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin