İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
84
Bir sıra bitkilərin toxumlarında onları digərlərindən fərqləndirən xarakterik nişanə olur.
Məsələn, cəfəri toxumlarında buruncuq çıxıntı, kök toxumunda sərt tükcük-kirpiklər, şüyüddə
qanad və sairə olur.
Toxumun həcmi
görünüşü və formasını ona diqqətlə baxmaqla və metodık göstərişdən
istifadə etməklə aydınlaşdırmaq lazımdır.
Toxumun rəngini və səthinin xüsusiyyətini öyrənmək üçün lupa altında toxuma baxmaq,
iyini isə orqanoleptik üsulla (əzib iyləməklə) təyin etmək lazımdır. Toxumun ümumi
görunüşünü lupadan istifadə edərək böyüdülmüş halda çəkmək lazımdır.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumları yuxarıda göstərilən morfoloji
xüsusiyyətləri ilə yanaşı, özlərinə məxsus ətirlərlərinə görə də bir-birindən fərqlənir.
Məsələn, keşniş, şüyüd, razyana, cəfəri, reyhan, mərzə və sairə hər biri özünəməxsus ətrə
malikdir. Elə bu ətirə görə toxumları tanımaq olar (bunun üçün toxumu diş altında əzmək
lazımdır).
2.2. Ədviyyat, bitki çayları və dərman bitkilərində toxumun istifadə müddəti və
saxlanma qabiliyyəti
Toxumların cücərmə qabiliyyətini saxlaya bilməsi xüsusiyyəti, onların saxlanması
məsələsini meydana çıxarmışdır.
Toxumların uzun müddət saxlanması üçün imkan daxilində hər bir bitki növünün
toxumunun tələbatına uyğun olan şərait yaradılmasıdır. Bu tələblər toxumların biokimyəvi
xüsusiyyətlərindən, ən başlıcası isə toxum qabığının qruluşu və kimyəvi tərkibindən asılıdır.
Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır.
1.
Toxumun və xarici mühitin temperaturu
2.
Toxumun və xarici mühitin nəmliyi
3.
Havalandırma
Tam
yetişməyən
toxumlar
suyu
asan
udduğundan yüksək nəmlik və tənəffüs üçün şərait
yaradırlar. Zəif inkişaf etmiş toxumlar dolu toxumlara
nisbətən intensiv (güclü) tənəffüs edir. Bu da
toxumların saxlanmasında böyük rol oynayır.
Toxumların
saxlanması
zamanı
cücərmə
qabiliyyətinin itirilməsində göstərilən amillərlə
yanaşı, əsas rol saxlanma nəmliyi və temperaturudur.
Saxlanma zamanı temperaturu termometr, nəmliyi isə
psixometr vasitəsilə ölçürlər (Şəkil 2.7).
Saxlanma temperaturu aşağı olduqca, saxlanan
toxumların nəmliyi bir o qədər yüksək ola bilər.
Müxtəlif nəmlik və temperatur şəraitində saxladıqdan
sonra temperaturun hər 10 °C aşağı salınması
toxumların cücərmə qabiliyyətini 2,5-3 dəfə artırır.
Dostları ilə paylaş: