İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 2.8. Toxumların saxlanması



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə86/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   82   83   84   85   86   87   88   89   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 2.8. Toxumların saxlanması
 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
86 

Toxumun kütləsinin ən çox azalması birinci saxlama ilində müşahidə olunur. 
Həddindən artıq quruma ilkin nəmliyi yüksək olan toxumlarda daha çox olur; 

İkinci il saxlama ərzində kütlənin dəyişməməsi və ya az dəyişməsi müşahidə edilir və 
bu ancaq saxlama şəraitindən asılıdır; 

Mikroiqlimi təbii dəyişən anbarlarda ikinci il saxlanan toxumların nəmliyi hər bir 
bitki növünün toxumu üçün standart nəmlik kimi saxlama üçün qəbul edilməlidir. 
Toxumlar su udmaq qabiliyyətinə malikdirlər. Toxumlarda olan yüksək nəmlik tənəffüs 
intensivliyini yüksəldir ki, bu da toxumların saxlanması zamanı xarab olmasının əsas 
səbəblərindən biridir. Nəmlik 6,2 % olanda toxumların tənəffüs intensivliyi nisbətən aşağı 
olur. Təcrübələr zamanı müəyyən olunmuşdur ki, nəmliyin yüksəlməsi ilə tənəffüs 
intensivliyi 10-15 dəfəyə qədər yüksəlir. Belə ki, toxumların 8,6 % nəmliyində tənəffüs 
intensivliyi 6 % nəmliyə nisbətən 15 dəfə yüksək olur, 11,3 % nəmlikdə isə tənəffüs 
intensivliyi 15 dəfə yüksəlir. Toxumları saxlamaya qoyarkən onların kondisiya nəmliyinə 
riayət olunmalıdır: cəfəri, şüyüd, razyana, keşniş, tərxun. Toxumlar göstərilən və ya ondan 
aşağı nəmlikdə saxlanmaya qoyulur.
Toxumun qablaşdırılması.
 
Təmizlənmiş və çeşidlərə ayrılmış toxumlar nömrələnir, 
etiket yazıldıqdan sonra təmiz və təzə kisələr tökülür. Etiket həm kisənin daxilinə qoyulur, 
həm də xaricinə yapışdırılır və toxumçu aqronom etiketlərə qol çəkir. Sonra kisələr 
surquclanır. Hazırlanan toxumlar təhvil verildikdə sortun şəhadətnaməsi də verilir. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının saxlanmasının 2 üsulu 
mövcuddur: 

Açıq;

Bağlı.
Açıq üsulla saxlamada toxumlar hava və nəmliyi asan buraxan bir və ya ikiqat kətan 
yaxud da kisələrdə qablaşdırılır. 
Bağlı üsulda toxumlar nəmliyi buraxmayan 
qablara yerləşdirilir (Şəkil 2.9). Bu məqsədlə içəri 
qatı polietilen pərdə olan parça kisələr və ya 
polietilen konteynerlərdən (qutulardan) istifadə 
olunması məsləhət görülür. Polietilen pərdə 
toxumlar üçün zərərli deyil, fizioloji və kimyəvi 
davamlı olub, iysizdir və kif göbələklərinin təsirinə 
məruz qalmırlar. Onlar praktik olaraq su və 
buxarları keçirmir, oksigen və karbon qazını isə 
buraxırlar. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin