Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
89
Şərti işarələr:
K - suçəkən kağız; Q - Qum; Q-K - Qum, üzəri su çəkən kağızı ilə
örtülmüşdür.
Toxumları xüsusi olaraq nəmləndirilmiş, qidalandırıcı mühitdə süzgəc kağız üzərində və
yaxud kvarslı qumda (hissəciklərinin ölçüləri 2 mm-dən artıq olmamaq şərtilə) yetişdirilir
.
Kağız tam rütubət nəmləndirilir, bunun üçün o su ilə dolu kasaya salınır sonra çıxarıb,
kağızda olan artıq su tam süzülənə kimi saxlanılır (Şəkil 2.12).
Şəkil 2.12. Toxumun müxtəlif materiallarda cücərdilməsi
Qumu istifadə etməmişdən qabaq palçıq hissəscikləri və tullantıları kənarlaşdırmaq
üçün yuyulur, sonra isə qurudub ələkdən keçirilir. Qumun tam rütubət tutumunun 60-80 %-
inə qədər, nəmləndirilir. Nəmlik çatışmadıqda toxumların şişməsi və cücərməsi zəifləyir.
Suyun çox olması isə havanın normal daxil olmasına mane olur. Bu da cücərməni zəiflədir və
toxumların çürüməsinə səbəb olur.
Dostları ilə paylaş: