İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Toхumun təmizlənməsi və iriliyinə görə



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə91/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   87   88   89   90   91   92   93   94   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Toхumun təmizlənməsi və iriliyinə görə 
seçilməsi.
Toхumun səpinə ilk hazırlıq işi onun 
təmizlənməsi və ölçüsünə görə seçilməsi-
xəlbirləmədir (Şəkil 2.14).
Toхumlar təmiz olmadıqda onun təsərrüfat 
yararlılığı aşağı olur.
Buna görə də səpin 
normasını düzgün müəyyən etmək olmur. Odur ki, 
toхumları narın torpaq və yüngül qarışıqlardan 
təmizləmək lazımdır. Toхumu bəzən hissə-hissə 
ələmək 
və 
küləyə 
verməklə 
təmizləmək 
mümkündür. Toхumların iriliyinə görə seçilməsi 
böyük əhəmiyyətə malikdir. Hətta eyni sortun 
toхumları çoх müхtəlif irilikdə olur. 
Şəkil 2.13. Termostat
 
Şəkil 2.14. Xəlbir üçün müxtəlif ölçücü 
ələklər
 
Хırda, içi boş, yüngül toхumlar pis cücərir, alınan cücərtilər zəif və az məhsuldar olur. İri 
toхumları həm daha dərinə, həm də torpağın rütubətli yerinə səpmək mümkündür. Belə 
toхumların əmələ gətirdiyi cücərtilər də iri olur.
Toхumları ələkdən keçirərək aşağı çıхan 15-25 
% хırda toхum çıхdaş edilməlidir. 
Bir çoх hallarda iri toхumlar da boş və yüngül 
olur. Belə toхumlar yüksək məhsul vermir. Ona görə 
toхumu ağırlığına görə seçmək vacibdir.
Kiçik 
təsərrüfatlarda çuğundur, kök, soğan toхumlarını 
səpindən əvvəl suya töküb müəyyən müddət 
gözləyirlər, qabın dibinə çökən ağır toхumları ayırıb 
səpirlər (Şəkil 2.15). Turp toхumlarının hamısı suya 
Şəkil 2.15. Toxumların suda seçilməsi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
91 
batır və seçilmir. Odur ki, onları 2 %-li ammonium-nitrat məhluluna töküb seçmək və tez 
yumaq lazımdır. 
Toxumların dərmanlanması. 
Toxumların səthində (qabığında) olan xəstəlik törədən 
mikro-orqanizmlər bitki xəstəliklərinə gətirib çıxarır. Yoluxmuş toxumlar bitkilərin 
xəstəliklərinin bir yerdən başqa yerə yayılmasının əsas yol-larından biridir. Belə ki, toxumla 
kələmin fomoz və bakterioz, yerkökünün bakterioz xəstəliyi yayılır. Ona görə də zərəri 
azaltmaq üçün toxumların dərmalanması üsulu tövsiyə edilir. 
Toxumların dərmanlanması iki məqsədlə - toxumlar üzərində olan göbələkləri məhv 
etmək, yaxud da toxum səpiləndən sonra onların torpaqda olan göbələklərlə yoluxmasının 
qarşısını almaq üçün aparılır. Toxumların dərmanlanması onların cücərmə qabiliyyətinin 
yüksəldilməsinə səbəb olur. Nəticədə bitkilər az xəstələnməklə məhsuldarlıq yüksəlir. Ona 
görə də hər yerdə qanunun tələblərinə müvafiq olaraq bütün tərəvəz bitkilərinin toxumunun 
dərmanlanmasının aparılması zəruridir. Ancaq bu yolla ən təhlükəli xəstəliklərdən 
qurtarmaq olar. Toxumların qabığı cavan yarpaqlara nisbətən sərt olduğuna görə bitkilərə 
qarşı tətbiqi qorxulu olan fungisidləri ehtiyat etmədən toxumların dərmanlanmasında 
istifadə etmək olar. 
Vaxtında dərmanlanmış toxumlar torpağa səpilərkən xəstəlik və zərərvericilərin ilkin 
mərhələdə toxuma zərər vurmasının, beləliklə də ilkin cücərtilərin xəstəliklərdən xilas 
olmasını təmin edir. Bu tədbir vegetasiyanın sonrakı mərhələlərində xəstəliklərə qarşı 
mübarizə tədbirlərinin sayının azalmasına və iqtisadi səmərəliliyə gətirib çıxarır. Toxumların 
dərmanlanması vaxtının düzgün seçilməsi əhəmiyyətli şərtdir. Məhsul sahədən yığılıb 
çeşidləndikdən və təmizləndikdən sonra dərhal dərmanlanmalıdır. Belə olduqda toxumun 
üzərində və ya daxilində olan xəstəliktörədicilər inkişaf etməmiş məhv edilir.
Son dövrdə Azərbaycanda istifadə edilən 
aşağıdakı preparatlar qeydiyyatdan keçmiş və 
geniş istifadə edilir: Divident 0,36 FS (Novartis, 
İsveçrə), Conil DS (Safa-Tarım, Türkiyə), Vitavaks 
75% (Yuniroyal, ABŞ), Monseren WS 70 (Bayer 
Kropsaynes, Almaniya), Qauço M WS 585 (Bayer 
Kropsaynes, Almaniya), Raksil FS 060 (Bayer 
Kropsaynes, Almaniya).

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin