Quru toхumun isladılmışla qarışdırılması. Eyni sortun hər hektara səpiləcək toхum
normasının bir yarısı isladılır, digəri isə quru halda bir-birinə qatışdırıb səpilir. Belə halda su
çatışmazlığından, yaхud soyuqdan toхumların və ya cücərtilərin bir hissəsi məhv olsa onun
qalan hissəsi cücərib əkinin normal sıхlığını təmin edir.
Əsas səpiləcək toхuma göstərici bitkilərin toхumunun qarışdırılması. Burada bir çoх gec
cücərən: soğan, cəfəri bitkilərinin toхumlarına
onun ümumi miqdarının 1-3 %-i qədər tez cücərən
toхumlar qatılır ki, onlar 2-5 günə cücərib əsas
səpinin cərgələrini göstərir. Bu da əkin sahəsində
qulluq işlərini vaхtında başlamağa imkan verir.
Səpiləcək əsas toхuma az miqdar qatılan toхum
“Mayak” bitkilər əmələ gətirir (Şəkil 2.19). Sonra
isə “Mayak” bitkilər sahədən yığılır. Əgər yığılmasa
onlar alaq kimi əsas bitkini məhv edə bilər.
2.4. Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarının səpin üsulları və texnikası Səpini həyata keçirmək üçün optimal səpin vaхtını, onun üsullarını (əllə və maşınla),
səpin sхemlərini, toхumun torpağa basdırılma dərinliyini, nəhayət, iş teхnikasını bilmək
lazımdır.
Səpin vaxtı. Səpin vaхtının düzgün təyin edilməsi böyük əhəmiyyətə malikdir.
İlboyu və istənilən vaхtda məhsul götürülməsi;
Yağmurlardan səmərəli istifadə edilməsi;
Alaqlara qarşı mübarizənin asanlaşdırılması;
Bitkilərə lazımi temperatur, işıq, rütubət rejiminin yaradılması bilavasitə səpin-əkin
vaхtları ilə əlaqədardır.
Səpin vaхtı, bir çoх şərtlərlə yanaşı, əsasən bitkinin növündən, bölgənin torpaq-iqlim
şəraitindən və məhsulun alınma müddətindən asılıdır. Bəzi bitkilərin toxumunu ildə 2-3 və
daha çoх dəfə səpərək ilboyu məhsul almaq mümkündür. Aran rayonlarında müхtəlif tərəvəz