İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 2.7. Təsərrüfat termometri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə85/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   81   82   83   84   85   86   87   88   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 2.7. Təsərrüfat termometri
 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
85 
Toxumların səpin dəyərinin aşağı düşməsinin əsas səbəblərindən birini saxlamaya 
qəbul edilən toxumun artıq nəmliyidir. Toxum fonduna daxil olan toxumun satışda olan 
standart nəmliyi ilə saxlanma üçün lazım olan nəmliyi arasında kəskin fərq qoyulmalıdır. 
Əksər ədviyyat, bitki çayları və dərman bitkiləri üçün ətraf mühitin rütubətinin həddi 
müəyyən edilmişdir ki, bu da bütün toxumlara müsbət təsir göstərir. Toxumların saxlanması 
zamanı ətraf mühitin rütubəti mövsüm ərzində əksər növlər üçün 65 %, həssas növlər üçün 
isə bir az aşağı 40-50 % olmalıdır.
Yüksək hiqroskopikliyə (nəm çəkən) malik olan toxumların saxlanma zamanı dəyişən 
rütubət və temperatur şəraitində kütləsinin dəyişilməsi qaçılmazdır. Saxlama zamanı 
toxumun nəmlik səviyyəsi həmişə dəyişilərək ətraf mühitin rütubəti ilə tarazlıqda olur. Bu 
səbəbdən də toxumların artıq nəmliyi saxlanma zamanı kütləsinin artmasına səbəb olur. 
Nəmliyi 13,4 % olan toxumlar birinci ilin yay ayları ərzində ilkin kütləsinin 8,9 %-ni itirdiyi 
halda, nəmliyi 6,4 % olan toxumlarda isə həm birinci, həm də ikinci il ərzində 0,9 % kütlə 
azalması müşahidə edilmişdir.
Toxumların quruluşu, forması, iriliyi, səthinin xarakteri toxum kütləsinin məsaməliliyini 
müəyyən edir. Xırda və hamar səthli toxumları kisələrdə və ya topa tökməklə saxlayırlar.
Toxum kütləsinin yığılması sıxlığı saxlama zamanı köməkçi tədbirləri, xüsusilə toxum 
kütləsində qaz mübadiləsini yaxşılaşdıra və ya çətinləşdirə bilər. Toxum saxlanarkən “toxum-
hava” sistemini diqqətdə saxlamaq çox vacibdir.
Quru, daha boş (məsaməli) yığılan toxum 
kisələri daha çoxcərgəli yığıla bilər. Amma nəzərə 
almaq lazımdır ki, vaxt keçdikcə məsamələrin 
azalması nəticəsində həm kisələr, həm də toxum 
dənələri arasındakı qaz mübadiləsi zəiflədiyindən, 
kisələrin təkrarən yenidən yığılması, tökülmüş 
topa toxumların çevrilərək qarışdırılması və sairə 
kimi tədbirlərə əl atılmalıdır (Şəkil 2.8). 
Tərkibində olan ehtiyat qida maddələrin 
tərkibinə görə toxumlar nişastalı, zülalı, yağlı, 
nişastalı-zülalı qruplarına bölünürlər. Nişastalı 
toxumlar daha uzunömürlü olub, zülallı və yağlı 
toxumlara nisbətən saxlama şəraitinə az 
həssasdırlar. Bu bölgü də kifayət deyildir, belə ki, 
bəzi toxumlarında yüksək yağlı tərkib olmasına 
baxmayaraq, səpin keyfiyyətini hətta yaxşı hesab 
olunan şəraitdə də itirirlər. 
Müxtəlif ədviyyat, bitki çayları və dərman 
bitkiləri 
toxumlarının 
müxtəlif 
saxlanma 
şəraitində kütləsini dəyişməsi üzərində aparılan 
çoxlu müşahidələrin təhlili aşağıdakı nəticələri 
çıxarmağa imkan vermişdir: 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin