Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 81
Normal cücərmiş - toxumlar cücərtiləri
sağlam, kökcükləri zədələnməmiş, cücərtinin
bütün strukturlarını qiymətləndirmək mümkün
ola biləcəyi qədər inkişaf etmiş olmalıdırlar (Şəkil
2.4).
Bərk toxumlar - şişməmiş və xarici
görünüşü dəyişməmiş toxumlardır.
Şəkil 2.4. Normal və qeyri-normal cücərmə Çıxmamış toxumlar - çürümüş, toxumaları yumşaq və zədələnmiş və yaxud rüşeymləri
qaralmış;
Qeyri-normal cücərmə - müxtəlif səbəblərdən olur. Onlardan ən çox yayılanı
zədələnmədir. Xəstəliklərlə, xüsusən də kif göbələkləri ilə zədələnmiş toxumlarda cücərtilər
buğumşəkilli görünüşdə olurlar, yarpaqlar bükülür.
Beləliklə, cücərtilərin çatışmazlıqlarına görə toxumların korlanmasının səbəblərini təyin
etmək mümkündür.
Sxem 2.1. Toxumların cücərtilər üzrə təhlili Səpinə (təsərrüfata) yararlılıq toхumun səpin keyfiyyətlərindən asılı olub aşağıdakı
düsturla təyin olunur:
𝒙 =
𝐚 ∗ 𝐛
𝟏𝟎𝟎
%
burada:
a - toхumun təmizliyi (%);
b - toхumun laboratoriyada cücərmə qabiliyyətidir (%).
Tutaq ki, toxumun təmizliyi 97 %, cücərmə qabiliyyəti isə 90 %-dir. Bu toxumun
təsarrüfat yararlığı həmin rəqəmlərin heç biri qədər deyil, hətta 90 %-dən az olacaqdır.
𝟗𝟔 ∗ 𝟖𝟓
𝟏𝟎𝟎
= 𝟖𝟏. 𝟔 % − 𝐝𝐢𝐫.
Səpin keyfiyyətinə görə hər bir növün toxumu 2 sinfə ayrılır: I sinif və II sinif toxumlar. I
sinif toxumlar ən yüksək səpin keyfiyyətinə malik olurlar. Azərbaycan Respublikasının
“Toxumçuluq haqqında qanunu” ilə müəyyən olunur. Hər sinfə aid olan toxumların təmizlik
faizi və cücərmə qabiliyyətinin minimal həddi dövlət standartı ilə müəyyən olunur.
I s