İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə52/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   48   49   50   51   52   53   54   55   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.35. Tərxun 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
51 
mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Bitkinin yaşıl hissəsindən 
alınan efir yağından tərxun sirkəsi, ədviyyə məhsulları və sairə hazırlanır. Tərxun yaşıl 
tərəvəz və ədviyyə kimi müxtəlif yeməklərə qatılır, təzə halda yeyilir. Göbələk, kələm, xiyar və 
müxtəlif şorabaların bağlanmasında ədviyyə qatqısı kimi əlavə olunmaqla yanaşı, onları 
vitaminlərlə də zənginləşdirir. İştah gətiricı kimi soyuq xörəklərə - salat və qəlyanaltılara 
əlavə olunur. Təzə və qurudulmuş yarpaqlarından sousları, ət və balıq xörəklərini tamlı və 
dadlı etmək üçün istifadə edilir. Tərxun qənnadı sənayesində də işlədilir, ondan yaşıl rəngli 
yağ, limonad və sairə hazırlanır. 
Tərxun bitkisinin bir neçə yabanı növü vardır. Tərxunun əsasən xalq seleksiyası sortları 
becərilir. Azərbaycan, Gürcüstan, Rus tərxunu qismən geniş yayılıb. Qribovski 31 sortu 
rayonlaşdırılmışdır. 
Fransız sortu da becərilməkdədir. Azərbaycanda “Gəncə tərxunu” məşhurdur. Bu sortu 
Gəncə ərazisində yaradılmış xalq seleksiyası sortudur. Sort üzərində (1955-1970) 
M.H.Əlizadə yaxşılaşdırma işi apararaq onu Gəncə və Gəncə ətrafındakı həvəskar dirrikçilər 
arasında yaymışdır. Gəncə tərxununun təzə halda yeyilən cavan zoğları olduqca zərif, şirəli, 
ətirli, xoşagələn tamlı (dadlı), yarpaqları və zoğları bozumtul tünd yaşıl rənglidir. Tərkibində 
quru maddə 18-20 %-ə, efir yağı 0,7-0,8 %-ə və ümumi şəkəri 0,8 %-ə çatır. Yığcam kolu olub, 
hündürlüyü 100-120 sm-ə çatır, çiçəkləyir, seyrək hallarda toxum yetişdirə bilir. Əkildiyi 
ildən sonra ikinci ildən altıncı ilədək yüksək və keyfiyyətli məhsul verir. Eyni sahədə 10-15 
ilədək yaşayır. Hər vegtasiya dövründə 6-8 dəfə məhsulu toplanır və orta hesabla hektardan 
məhsuldarlığı 180-250 sentnerə çatır. Gəncə-Qazax bölgəsində açıq sahələrdə martın 
əvvəlindən iyun ayınadək keyfiyyətli məhsul alınır. İyun ayından sonra zoğları nazikləşir, 
qabalaşır, yarpaqları xırdalaşır. Sentyabr, oktyabr aylarında kök boğazından yeni pöhrə verir. 
Qribovski 31 sortu - ÜET Tərəvəz Biktilərinin Seleksiyası və Toxumçuluğu İnstitutunda 
İngiltərə nümunəsindən seçilərək yaradılmışdır. Zoğları açıq-yaşıl, ətli, şirəli, çiçəklədiyi 
dövrdə qabırğalı, antosian piqmentli olub tezliklə odunlaşmağa başlayır. Yarpaqları 
lansetvarı, seyrək hallarda üçpəncəli, yaşıl rəngli, parıltılıdır. Ortadakı zoğlarının uzunluğu 8-
13 sm, eni 0,8-1,5 sm; yan zoğlarının ölçüləri nisbətən kiçik olur, yazda vegetasiyaya tez 
başlayır və payızda sükunət fazasına tez keçir. Bitkinin hündürlüyü 100-135 sm olur. Təzə 
halda salat kimi və konservlərə əlavə etmək üçün istifadə edilir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin