İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə53/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   49   50   51   52   53   54   55   56   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

1.7.2. Şüyüd
 
Yaşıl yarpağında və gövdəsində C, B1, B2, PP, P 
vitaminləri, karotin, flavonoid kompleksləri, çoxlu 
miqdarda kalium, kalsium, fosfor və dəmir duzları 
vardır. Yaşıl kütlədə azotlu maddələr 3,48 %, yağ 
0,88 %, azotsuz ekstrakttiv maddələr 7,30 %, 
seIlüloza 2,08 %, kül 2,42 % təşkil edir. Şüyüdün 
toxumunda efir yağının miqdarı 3-5,6 %-dir. Şüyüd 
kəskin ədviyyə xüsusiyyətlidir, xoş tama malikdir. 
İstifadə dairəsi çox geniş olub, ondan mədə-bağırsaq pozulmalarına və qarın köpməsinə qarşı, 
Şəkil 1.36. Şüyüd 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
52 
həmçinin bəlğəmgətirici dərman kimi geniş istifadə edilir (Şəkil 1.36). 
Xalq təbabətində toxumlarından sidikqovucu, ödqovucu, qıcıqlandırıcı, işlətmə vasitəsi 
kimi istifadə edilir. Hazırlanan cövhəri hipertoniya xəstəliyində işlədilir. Tozu və toxumundan 
hazırlanan ekstraktından iştahagətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə 
göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur. Onun 
yağından fitonsidli vasitə kimi tibdə geniş istifadə edilir. Cövhərindən ağız boşluğu 
xəstəlikləri zamanı qarqara məqsədilə istifadə edirlər. 
Şüyüddən təzə halda bütün il boyu tərəvəz kimi istifadə edilir, konserv sənayesində 
toxumlamış halda gövdələr ən geniş miqyasda istifadə olunur. Qənnadı sənayesində, ətriyyat 
istehsalında əvəzi olmayan bitkidir. Duza, şorabaya qoyulan meyvə-tərəvəzləri bu bitkisiz 
təsəvvür etmək qeyri-mümkündür. Qurudulmuş şüyüd ət, balıq və tərəvəz xörəkIərinin 
tərkibinə qatqı kimi əlavə olunur, həmçinin pəhriz yeməklərinin hazırlanmasında da geniş 
istifadə edilir. Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsusiyyətini itirir. Şorbaya, 
tərəvəz, kartof, balıq və ətdən hazırlanan salatların tərkibinə qatqı kimi əlavə olunur. Şüyüd 
müxtəlif şirələrin, şərbətlərin, şərabların, ətirli sirkələrin istehsalında geniş istifadə olunur. 
Şüyüd toxumu qənnadı və çörək məmulatının hazırlanmasında işlədilir. Toxumunun 
tərkibində efir yağının çox olmasına görə ondan likör-araq istehsalında, qənnadı, çörək-bulka, 
ətriyyat, kosmetika və sabunbişirmə sənayesində daha geniş istifadə olunur. 
1.7.3. Keşniş 
Keşniş tərəvəz, efir yağlı və dərman bitkisi 
olub respublikamızda çox geniş becərilir. Birillik 
bitkinin həm meyvəsindən, həm də yaşıl 
kütləsindən 
istifadə 
olunur. 
Keşnişin 
toxumlarında 0,6-1 %-ə qədər efir yağı, 10-15 % 
piyli yağ, 10-17 % zülal, üzvi turşular, C vitamini, 
aşı maddəsi, şəkər, nişasta vardır. MDB 
ölkələrində bitki efir yağlarının 70 %-i keşniş 
tozumundan alınır (Şəkil 1.37). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin