Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
97
Səp-suvar
etmək-yəni toхumu əllə, yaхud maşınla səpdikdən
sonra az norma su ilə
hopdurmaqla suvarırlar.
2.5. Səpin norması və onun dəqiqləşdirilməsi
Səpin normaları.
Bir hektara səpilən toхumun miqdarına səpin norması deyilir.
Toxumun səpin norması səpinin vaxtından,
məqsədindən, təsərrüfat yararlılığından,
vahid kütlədə olan toxumun miqdarından və sairə asılı olaraq dəyişilir (Cədvəl 2.4).
Belə ki, səpin payızda aparıldıqda norma çox, yazda aparıldıqda az, yaşıl kütlə götürmək
üçün çox,
toxum götürmək üçün az, vahid kütlədə toxumun miqdarı
az olduqda çox, çox
olduqda isə az götürülür və sairə.
Toxumun təsərrüfat yararlığını bildikdən sonra səpin norması hesablana bilər.
Toxumun səpin normasını təyin etmək üçün əvvəlcə 3 şərtdən istifadə edilir:
Hektarda lazım olan çücərti, şitil və ya bitki sayını müəyyənləşdirmək üçün bir bitkinin
qida sahəsini tapmaq lazımdır.
Təsərrüfat yararlığı əvvəlcə şərti olaraq 100 % qəbul edilir, ilkin norma tapılır, sonra isə
faktiki təsərrüfat yararlığına görə tərs mütənasiblik əsasında artırılır.
Toxumların hektara səpin normasını hesablayaq:
Bir hektarda - 40762 bitki (70 x 30 sm əkin sxemində) olmalıdır.
1qramda - 350 toxum vardır.
Təsərrüfat yararlığı 87,3 % (Birinci sinif üzrə).
Toxumun 100 % təsərrüfat yararlığı olsaydı, səpin norması belə tapıla bilərdi:
40762:350 = 116,5 qram
Təsərrüfat yararlığı 87,3 % olduğu üçün belə tənasüb qurulur:
100 % təsərrüfat yararlığı olduqda 116,5 qram
87,3 % təsərrüfat yararlığı olduqda “x” qram
𝐗 =
𝟏𝟎𝟎 ∙ 𝟏𝟏𝟔, 𝟓
𝟖𝟕, 𝟑
= 𝟏𝟑𝟑, 𝟓 𝐪𝐫𝐚𝐦
Səpin vaxtı,
səpinin məqsədi, səpin (əkin) sxemi, torpağın
münbitliyi,
xəstəlik və
zərərvecilərin yayılma dərəcəsi və sairə nəzərə alınaraq tapdığımız ilkin norma 15-30 %-dək
artırılır. Belə ki, 133,5 qram səpin norması 30 % artırılırsa, 133,5 + 40,0 =173,5 qram alınar.
Hektarda lazım
olan cücərti, şitil və
ya bitki sayı
Toxumun iriliyi (1
qramda toxumun
sayı)
Toxumun təsərrüfat
yararlığı (%)