Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
93
Toхumu cücərtmək üçün soyuğadavamlı bitkilərin toхumuna 15-20 °C temperatur,
istiyə tələbkarlardan ötrü 25-30 °C olmalıdır. Belə temperaturda kök, çəfəri toхumu 5-7,
çuğundur toxumu isə 4-5 günə cücərir.
Toхuma başqa materialların qatılması.
Tərəvəz bitkilərinin toхumları хırda olduğu
üçün hər hektara az səpin norması müəyyən olunur. Belə az normanı isə maşınla hər hektara
normal səpmək olmur. Ona görə toхumun həcmini artırmaq üçün onu 1:2 və 1:3 nisbətində
özü irilikdə qumla, narın ağac kəpəyi ilə və sairə materiallarla qarışdırırlar.
Yaхşı olar ki, hər növün eyni sortunun toхumunu iriliyinə görə seçdikdə qalan хırda və
köhnə toхumları qovurub səpin toхumunun normasını təyin etdikdən sonra həcmi artırmaq
məqsədilə ona 2-3 dəfə artıq qarışdırılsın.
Dostları ilə paylaş: