İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə90/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   86   87   88   89   90   91   92   93   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Süzgəc kağızlarının
 
qatlarının arasında toxumları müxtəlif üsulla yetişdirilər: 
Yetişdirmə qablarında (germinatorda) - 
nəmləndirilmiş iki qat kağız yetişdirmə 
qablarının dibinə qoyulur, üçüncü qatlada toxumlar örtülür; kağızı “zərf” formasında bükülür 
və yetişdirmə qabına qoyulur; 
Daimi nəmləndirmə yolu ilə
 
- nəmləndirmə qabında xüsusi qoyulmuş dayağın üzərinə 
kağız elə yerləşdirilir ki, onun kənarları suyun içərisində olsun. 
Toxumların üzəri isə nəmləndirilmiş kağızla örtülür və o kağızın qurumaması üçün 
üzərinə lövhə qoyulur. Toxumlar həmçinin rulon şəklində bükülmüş nəmləndirilmiş kağızların 
zolaqları arasında yetişdirilir. Toxumlar şahmat şəklində və ya əvvəlcədən çəkilmiş xətt 
üzərində eyni bərabərdə düzülür. Bu üsullar imkan verir ki, cücərtilər və kökcüklər 
uzunluğuna görə müqayisə edilsin. Bununla da təkcə cücərtiləri yox həm də onların boyatma 
gücünü təyin etmək mümkün olur. Nəmli süzgəc kağızlarının qatları arasında toxumları 
yetişdirərkən hava mübadiləsinin çatışmamazlığı təhlükəsi olur. Bunun olmaması üçün 
yetişdirmə qablarından işıq düşən yerlər qoyulur. 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
90 
Toxumları qumda
 
yetişdirmək üçün yetişdirmə qablarınının hündürlüyünün 1/3 hissəsi 
nəm qumla doldurulur. Toxumları düzdükdən sonra 0,5 sm qatında nəm qum tökülür və 
sıxlaşdırılır. Toxumları kağız və ya qum üzərində yetişdirdikdə cücərmiş toxumların sayını 
hesablamaq asan olur. Çünki, onlar yuxarı hissədə yerləşirlər və asan görünürlər. Lakin, bu 
üsulların çatışmazlığı odur ki, lazım olan nəmliyi həmişə yaratmaq olmur, xüsusən də, iri 
toxumlu və örtüklü bitkilərin cücərtilərinin inkişafı üçün. 
Toxumlar termostatda 
da yetişdirilir (Şəkil 
2.13). Orada lazım olan temperatur və nəmlik 
yaradılır. 
Termostatda 
rütubətli 
atmosfer 
saxlamaq üçün aşağı hissəsinə su ilə dolu altlıq 
qoyulur. Lakin, bu da termostatda lazım olan 
nəmliyin (95 %) olmasına imkan vermir. Əgər 
toxumlar qumda 20 
0
C-də yetişdirilirsə, suyun 
miqdarı onların yetişdirmə müddətində kifayət 
edir. Lakin, yüksək temperaturda yetişdirdikdə 
toxumları yenidən sulamaq lazım gəlir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin