İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 2.9. Toxumların açıq və qapalı üsulla



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə87/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   83   84   85   86   87   88   89   90   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 2.9. Toxumların açıq və qapalı üsulla 
saxlanması
 
Toxumların bağlı üsulla saxlanması çox səmərəlidir. İstehsalat şəraitində bağlı üsulla 
saxlanılan və nəmliyi 6,1 %-li şüyüd toxumları 10 il ərzində cücərmə qabiliyyətini 
saxlamışlar. 
Təcrübələr göstərmişdir ki, toxumlarının saxlanması ancaq qaz mühitinin tərkibindən 
deyil, həm də ətraf mühitin temperaturundan asılıdır. 25 °C temperaturda toxumların 
cücərmə qabiliyyəti 2 ay saxlanandan sonra sıfıra endiyi halda, 5 °C-də tənzimlənən qaz 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
87 
mühitində 3 ay ərzində əvvəlki vəziyyətində qalmışlar. Toxumların bağlı (hermetik) üsulla 
saxlanmasında havanın və toxumun nəmliyi arasında daimi rejim yaranır. Toxumların 
qurudulması (susuzlaşdırılması, az nəmliyə çatdırılması) onların uzun müddət saxlanmasına 
şərait yaradır, amma bunun da müəyyən həddi vardır. 
Uzun müddət saxlamaq üçün nəzərdə tutulan toxumların nəmliyi 6 %-ə yaxın, 
anbarlarda havanın rütubəti isə 65 % olmalıdır. Toxumlar açıq üsulla saxlandıqda (kisələrdə) 
onlar nəmliklərindən asılı olmayaraq, cücərmə qabiliyyətlərini tez itirirlər. Onların həyat 
qabiliyyətlərini tez itirmələrinin əsas səbəbi ətraf mühitin dəyişən şəraitinə çox həssas 
olmalarıdır. Ona görə də yaxşı qurudulduqdan sonra toxumlar hermetik qablaşdırılmış 
şəkildə saxlanmalıdır. Toxumların nəmliyi yüksək olarsa, onların saxlandığı yerin 
temperaturu aşağı olmalıdır. Toxumlar anbar şəraitində cücərmə qabiliyyətini 4-5 il saxlayır. 
Bu toxumları uzun müddət saxlamaq üçün onların nəmliyi 8 %, anbarda havanın rütubəti 55 
%-dən aşağı olmalıdır. 
Cəfəri toxumları lazımi səviyyədə saxlandıqda cücərmə qabiliyyətini 2-3 il saxlaya bilər. 
Anbar şəraitində cəfəri toxumları 5 il müddətində cücərmə qabiliyyətini saxlayır. Cəfəri 
toxumlarını uzun müddət saxlamaq üçün onların nəmliyi 7-8 %, saxlandığı yerin havasının 
rütubəti isə 55 %-dən yüksək olmamalıdır. 
Toxumlar böyük uducu səthə malik olduqlarından, onlar asanlıqla havanın su 
buxarlarını udaraq nəmlənirlər. Ona görə də nəmliyin yüksəlməsi nəticəsində toxumlar yana 
bilərlər.
Yaxşı saxlama şəraitində toxumlar cücərmə qabiliyyətini 5 ilə qədər saxlayır. Uzun 
müddət saxlamaq üçün toxumların nəmliyi 7-8, saxlama yerində havanın rütubəti isə 55 %-
dən az olmalıdır. 
Toхumun cücərmə qabiliyyəti, onun saхlanma şəraiti və yaşından (saхlama dövrü) çoх 
asılıdır. Saхlanma müddətində toхumlar tədricən özlərində olan ehtiyat qida maddəsini 
tənəffüsə sərf edib bir neçə ildən sonra cücərmə qabiliyyətini itirir. Quru, havası dəyişilən 
binalarda toхumlar 4-5 il cücərmə qabiliyyətini saхlayır. Əksər bitkilərin bir il saxlanılmış 
toхumları daha yaхşı cücərmə qabiliyyətinə malik olur. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin