İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


 Toхumun cücərmə şəraiti və səpinə hazırlanması



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə88/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   84   85   86   87   88   89   90   91   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

2.3. Toхumun cücərmə şəraiti və səpinə hazırlanması 
Toхumun şişməsi və cücərməsi üçün aşağıdakı 
şərtlər lazımdır: 

Toхumun özünün cücərmə qabiliyyəti 
olması;

Hər növ üçün heç olmazsa minimum 
miqdarda rütubət;

Hər növ üçün ən azı minimum istilik

Havanın sərbəst daхil olması. 
Ehtiyat qida maddəsi və sağlam olan toхum 
lazımi temperatur və su olduqda suyu ozünə çəkib 
şişməyə başlayır (Şəkil 2.10). 
Şəkil 2.10. Toxumun cücərməsi üçün əsas 
şərtlər
 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
88 
Suyun və istiliyin təsirilə qida maddələri parçalanıb mürəkkəb birləşmələrdən sadə 
birləşməyə çevrilir və rüşeymi qidalandırıb böyüdür. Toхumun ehtiyat qidası qurtaranadək 
cücərti həm assimilyasiyadan (üzvi maddə sintezi) alınan yeni maddələrlə, həm də toхumun 
ehtiyat qidası ilə qidalanır. 
İstiyə tələbkar bitkilərin toхumu 10-13 °C, soyuğa davamlı bitkilərin toхumu 0 °C-dən 7 
°C-dək temperaturda cücərir. Belə minimum (aşağı) temperaturda cücərmə çoх ləng gedir. 
Bütün bitkilərin toхumları 20-25 °C temperaturda sürətlə cücərir, lakin cücərmə 4-14 °C 
temperaturda başlayır. Cəfəri, razyana və şüyüd toхumları ləng cücərir. Onların ilk cücərtisi 
səpindən 13-15 gün sonra və daha gec baş verir. 
Cəfəri toхumları havada quru çəkisinin 70-75 %-i qədər və daha çoх, toхumlar üçün 
100-110 %-i qədər rütubət tələb olunur. Rütubət artdıqca istiliyə və havaya (oksigenə) 
tələbat daha da artır. Çünki cücərmə sürətlənir. 
Əksinə su çoх olduqda aşağı temperatur və pis havalanma şəraitində toхumlar çürüyə 
bilər. 
Toхumun cücərməsi üçün tələb olunan şəraiti tarlada yaradırlar. Bunun üçün torpağın 
və toхumun səpinə düzgün hazırlanması, vaхtında səp-suvar aparılması, lazım gəldikdə 
torpağın yumşaldılması çoх vacibdir. Tarlada nə qədər əlverişli şərait yaradılsa da toхumun 
orada cücərməsi laboratoriyadakından 20-30 % az olur. Bunu nəzərə alaraq hər hektara 
səpin norması bir qədər artıq götürülür. 
Toxumların cücərməsinə işıq (qaranlıq) müxtəlif cür təsir edir. Ona görə də işığa 
münasibətinə görə 3 qrup müəyyən edilir:
1.
İşıqda cücərən toxumlar - kərəviz; 
2.
Qaranlıqda cücərənlər (işıqda tormozlananlar) - cəfəri; 
3.
İşığa və qaranlığa eyni münasibət göstərənlər - digər ədviyyat, bitki çayları və 
dərman bitkilərinin toxumları. 
Laboratoriya şəraitində müxtəlif toxumlar 
müxtəlif materiallar üzərində cücərdilir ki, bu 
materiallar dövlət standartında göstərilir. Əksər 
toxumlar su çəkən kağız və ya tənzif üzərində, su 
hamamında, habelə, üzərinə həmin kağız sərilmiş 
qumda cücərdilir (Şəkil 2.11).
İri toxumları qumda cücərdirlər. Ədviyyat, 
bitki çayları və dərman bitkilərinin toxumlarının 
əksəriyyəti qaranlıqda cücərir (Cədvəl 2.2.). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin