İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Toxumun ölçüləri yaxud iriliyi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə83/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   79   80   81   82   83   84   85   86   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Toxumun ölçüləri yaxud iriliyi. 
Toxumun ölçüləri (eni, uzunu, qalınlığı) onun əsas 
əlamətlərindəndir. Belə ki, bu əlamətlərin köməyi ilə toxumu təmizləmək və sortlaşdırmaq 
mümkündür. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumlarını ölçüsünə görə aşağıdakı 
qruplara bölmüşlər:
1. Çox xırda toxumlar - 2 mm-dək; 
2. Xırda toxumlar - 2-5 mm; 
3. Orta toxumlar - 5-8mm; 
4. İri toxumlar - 8 mm-dən artıq. 
Toxumun ölçüsünü təyin etmək üçün 
millimetrlik ölçüləri olan kağız və ya xətkeşdən 
istifadə edərək 5-10 ədəd toxumun en və 
uzunluğunu ölçülür və orta hesabla toxumun 
ölçüsünü tapılır (Şəkil 2.5). 
Ədviyyat, 
bitki 
çayları 
və 
dərman 
Şəkil 2.5. Şüyüd toxumlarının ölçülməsi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
83 
bitkilərinin toxumları həmçinin 1 qramda olan toxumun sayına (iriliyinə) görə də bir neçə 
qrupa bölünür: 
Qruplar
1qramda toxumun 
sayı
Növün adı
İri toxumlular
 
60-110 
İspanaq, qulançar 
Orta irilikdə 
toxumlular 
150- 350 
Soğan, keşniş 
Xırda toxumlular
600-900 
Cəfəri, şüyüd 
Çox xırda toxumlar
1000-2000 
Tərxun, nanə, reyhan 
Toxumun kütləsi.
 
Ölçüsündən və həcmindən başqa, toxumun iriliyi onun kütləsi ilə də 
ifadə oluna bilər. Belə ki, kütlə ölçülərlə sıx əlaqəlidir. Toxumların iriliyi, yəni 1 qramda 
toxumun sayını müəyyən etmək üçün hər növ bitkinin, yaxud cədvəldə göstərilən hər 
qrupdan bir növün toxumundan 1 qram çəkib sayılır. Toxumun iriliyi, xüsusi çəkisi sabit 
deyil. Onlar ana bitkidə toxumun harada yerləşməsindən və becərildiyi şəraitdən (iqlim 
şəraiti və aqrotexnikadan) asılı olaraq kəskin surətdə dəyişir. Toxumun iriliyi rüşeymin 
inkişafinda böyük rol oynayan qida maddələri ehtiyatının miqdarını göstərir. Ədviyyat, bitki 
çayları və dərman bitkilərinin toxumları həcmi görünüşünə görə yastı, düzgün olmayan kələ-
kötür, kürəvi (kişniş), yastı–şişkin (cəfəri, razyana), lövhəvari (şüyüd, baldırğan), üçüzlü 
(quzuqulagı, soğan, kəvər) ola bilər. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumları ümumi görünüşünə görə 
(formasına) kənarı girintili-çıxıntılı (ispanaq), yastı-oval (şüyüd, havuç), kürəvi (qulançar), 
oval-yumurtavari (cəfəri), künclü–bucaqlı (soğan, kərəviz, quzuqulağı, rəvənd) və sairə ola 
bilər. Məsələn: cəfəri toxumlarında buruncuq çıxıntı, şüyüddə qanad və sairə 
Tərəvəz bitkilərində toxumların səthi, qırışıqlı (kəvər, soğan), çökəkli (qulançar), zolaq 
tipli, qabırğalı (cəfəri, havuç, şüyüd, kərəviz), nahamar (ispanaq) və sairə ola bilər. 
Tərəvəz bitkilərinin toxumlarının rəngi olduqca müxtəlifdir. Boz (cəfəri, şüyüd), qırmızı- 
qonur, qonur şabalıdı (havu, kərəviz), qara (soğan, qulançar), bozumtul-qırmızı, kərpici- 
qırmızı və sairə olur (Şəkil 2.6). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin