İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 2.3. Toxumun cücərdilməsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə79/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   75   76   77   78   79   80   81   82   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 2.3. Toxumun cücərdilməsi
 
Cücərmə qabiliyyəti standarta uyğun olmazsa, toxum səpin üçün yararsız hesab olunur. 
Cücərmə qabiliyyətinin təyin edilməsinin əsas məqsədi toxumun səpinə yararlılığı barədə 
məlumat almaqdır. Cücərmə qabiliyyətinin göstəricisi təmiz normal cücərən toxumların 
faizidir. Qeyri-normal cücərti verən toxumlar cücərməyən hesab edilir. 
Toxumun cücərmə qabiliyyətini cücərtmə yolu ilə müəyyən edirlər. Lakin, cücərmə 
qabiliyyəti olan toxumların hamısı qısa vaxtda cücərə bilmir. Belə ki, təzə yığılmış toxumlar 
dərin sükunət dövrünə keçirlər. Şüyüd toxumları belə toxumlardandır. 
Cücərtmək üçün təmizliyi təyin edilmiş toxumdan iri toxumlu bitkilər üçün 50 ədəd, 
xırda toxumlu bitkilər üçün isə 100 ədəd dörd təkrarda uyğun olaraq cəmi 200 və ya 400 
ədəd götürüb cücərdilir və cücərmənin gedişi hər növ üçün müəyyən edilmiş günlər ərzində, 
hər gün yoxlanaraq faizə çevrilir və xüsusi jurnalda qeyd edilir. Axırıncı gün hesablanmış 
faizlər təkrarlar üzrə toplanır və həmin göstəricilər əsasında orta cücərmə faizi
əldə edilir. 
Standarta əsasən cücərmə qabiliyyətini təyin etmək üçün quzuqulağı toxumunu 8 gün; 
havuç, cəfəri, kərəviz toxumunu 14 gün; soğan toxumunu 12 gün; qulançar toxumunu isə 21 
gün normal cücərmə şəraitində saxlamaq lazımdır. Toxumlar cücərdildikdə iriliyindən asılı 
olaraq döşənək üzərində bir-birindən 0,5-1,5 sm aralı məsafədə yerləşdirilir. Toxumlar 
düzüldükdən sonra hər sınaq döşənəyinin üzərinə qeydə alma nömrəsi, nümunə nömrəsi
cücərmə enerjisi və qabiliyyətinin hesablanması tarixini göstərən etiket qoyulmalıdır. Bütün 
qeydlər adi qara karandaşla aparılmalıdır. Toxumlar termostatda cücərdilməlidir. Tələb 
olunan şərtlərə əməl edildikdə toxumun cücərmə qabiliyyəti haqqında düzgün məlumat əldə 
etmək olar. 
Laboratoriya şəraitində toxumun cücərmə qabiliyyəti təyin edilərkən, onun başqa bir 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin