İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


D) Acıtərə, mərzə, turpca.  Sual



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə75/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   71   72   73   74   75   76   77   78   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
D) Acıtərə, mərzə, turpca. 
Sual
12
. Dalamaz fəsiləsinə aid olan bitkilərin tam sırasını göstərin:
 
A) Keşniş, şüyüd, turp;
B) Kələm növləri, turp növləri, acıtərə;
C) Acıtərə, kəvər, ispanaq; 
D) Mərzə, nanə, reyhan. 
 
Sual
13.
Kərəviz fəsiləsinə aid olan bitkilərin tam sırasını göstərin:
 
A) Kəvər, turp, şüyüd, acıtərə; 
B) Kök, kişniş, çuğundur, nanə; 
C) Kök, cəfəri, kərəviz, razyana; 
D) Razyana, turpca, cəfəri. 
Sual
14.
 
Təsərrüfat nişanələri və aqrotexniki xüsusiyyətlərinə görə eyni qrupa daxil olan 
ədviyyat, bitki çayları və dərman bitkilərinin tam sırasını göstərin:
 
A) Kök, çuğundur, kərəviz, turp; 
B) İspanaq, kahı, acıtərə, turpca;
C) Ağbaş kələm, reyhan, nanə; 
D) Kahı, ispanaq, kəvər, keşniş. 
Sual 15. 
İki illik ədviyyat, bitki çayları və dərman bitkilərinin tam sırasını göstərin:
 
A) İspanaq, kök, tərxun;
B) Ağbaş kələm, nanə, çuğundur, keşniş; 
C) Turpca, reyhan, şüyüd; 
D) Kök, ağbaş kələm, xörək çuğunduru.
 
 
 
 
 
 
 
 



ƏDVİYYAT, BİTKİ ÇAYLARI 
VƏ DƏRMAN BİTKİLƏRİNİN 
ÇOXALDILMASI VƏ
ƏKİN MATERİALININ 
YETİŞDİRİLMƏSİ


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
76 
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
 
Əziz tələbələr! Çoxalma qabiliyyəti bütün canlı orqanizmlərin mühüm xassəsidir. Hər bir 
bitki öz həyatının müəyyən dövründə çoxalır. İnsanlar çoxalmanın müxtəlif üsullarından 
istifadə edərək, bitkiləri, xüsusilə də ədviyyat bitkilərini öz tələbatlarına uyğun şəkildə 
çoxaldırlar. Ümumiyyətlə, ədviyyat bitkilərinin çoхaldılmasında generativ və vegetativ 
artırma üsulları arasında aqroteхniki, iqtisadi və bioloji cəhətcə bir çoх fərq vardır. Məhz bu 
səbəbdən də çoxalma üsullarını qiymətləndirdikdə onların üstün və nöqsanlı cəhətlərini 
ayırd etməyin ədviyyat, bitki çayları və dərman bitkilərinin çoxaldılmasında əsas şərt 
olduğunu bilməyiniz lazımdır. Belə ki, bir sıra bitkilər vegetativ çoхalmaya o qədər 
uyğunlaşmışdır ki, heç toхum əmələ gətirmir, bir çoх növlərin isə toхumu çoх хırda 
olduğundan ondan əmələ gələn bitkilər yüksək məhsul vermir. Həmin bitkilər vegetativ 
orqanlarla artırıldıqda çoх tez və iri gövdəli bitki əmələ gətirir, sürətlə yetişir, yüksək və 
keyfiyyətli məhsul verir. Toxumla çoxalmada isə toxmacar mərhələ etibarilə cavan olduğundan 
şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə nisbətən davamlı olur.
Əziz tələbələr! Qeyd edilənləri nəzərə alaraq Siz bu bölmədə ədviyyat, bitki çayları və 
dərman bitkilərinin çoxaldılması üsulları haqqında nəzəri və praktiki vərdişlərə 
yiyələnəcəksiniz. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin