İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 1.61. Malın markalaşdırma



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə71/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   67   68   69   70   71   72   73   74   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.61. Malın markalaşdırma
İstehsal olunan məhsul satış kanallarına iki çəkidə göndərilə bilər: Butto və netto 
Butto çəki - malın qablaşdırılmış halda tara (qab) ilə birlikdə çəkisidir. 
Netto çəki - malın xalis çəkisidir.
 
Bazar dedikdə mövcud olan və ola biləcək əmtəə məhsul alıcılarının cəmi başa düşülür. 
Əmtəə məhsul insanların tələbatını ödəyən, şəxsi istifadə üçün deyil, satış üçün istehsal 
olunan məhsul başa düşülür. Tərəvəzin əsas əmtəə göstəricilərinə onların xarici görünüşü 
(forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən 
Bruto = Tarra + Netto 
Tarra = Bruto - Netto 
Netto = Bruto - Tarra 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
69 
qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk, fizioloji), 
həmçinin emalın xarakteri aid edilir.
Hər bir fermer məşğul olduğu istehsal sahəsindən asılı olaraq, öz məhsulunu realizə 
etmək üçün potensial bazarları və alıcıları müəyyənləşdirməlidir. Hər bir iş adamı müəyyən 
etməlidir ki, o öz məhsulunu hansı bazara satacaq? Onun alıcıları kimlər olacaq? Onun 
istehsal etdiyi məhsulları alıcılar necə (tez-tezmi, gec-gecmi) alırlar? Alıcıların gəliri və 
ehtiyacları nədən ibarətdir? 
Beləliklə, hər bir fermer daimi müştəriləri barədə ətraflı məlumat toplamaqla bazarın 
həcmini müəyyən edir və gələcəkdə məhsul istehsalını ona uyğunlaşdırır. Həmçinin satış 
kanallarını, yəni məhsulunun hansı ticarət şəbəkəsi (yəni, bazar, mağaza və ya super-market) 
vasitəsilə, kim tərəfindən (özün, agent və ya iş adamı) harada satılacağı barədə qərar qəbul 
edilməlidir.
Məhsul satışını iki üsulla fərqləndirmək lazımdır. Bu üsullar sifariş üsulu və azad bazar 
üsuludur.
Sifariş üsulunda əvvəlcədən bağlanmış sazişlər əsasında məhsul istehsal olunur.
Azad bazar üsulunda təsərrüfat əvvəlcədən məlum olmayan “azad bazar” üçün məhsul 
buraxır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin