İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
66
geniş istifadə olunur. Bundun əlavə darçın qabıqlarından ən çox ədviyyat kimi xörəklərə,
qənnadı məmulatlarına tam və ətir vermək məqsədilə işlədilir.
1.7.24. Mixək
Bu 10-12 metr hündürlüyündə olan
həmişəyaşıl ağacdır. Mixək ədviyyat və dərman
kimi hələ çox qədim zamanlardan istifadə edilir.
Hazırda mixəyin qönçələrindən ədviyyat kimi
isifadə edilir. Onun qönçələri açmamış halda
toplanır. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı
büzüşdürücü və ədviyyalıdır (Şəkil 1.58).
Mixəyin tərkibində 17-20 % efır yağı, 20 %-ə
qədər aşı maddəsi və sairə vardır. Efır yağının
tərkibində 70-85 % evgenol, 3 % asetil-evgenol və
kariofilsin maddələri tapılmışdır. Mixəyin çiçəyi də keyfıyyətli ədviyyat hesab olunur ki,
bundan da təbabətdə həzmi yaxşılaşdırıcı vasitə kimi istifadə olunur. Mixək orqanizmə istilik
verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri
qüvvətləndirir, həzmi gücləndirir. Eyni zamanda mixək əhval-ruhiyyəni yaxşılaşdırır və
ağızdan gələn pis qoxunu aparır. Mixək soyuqdəymə ilə əlaqədar olan bəlğəmli xəstəliklər,
ürək döyüntüsü zamanı münasib hesab edilir. Burun tutulması və zökəm zamanı əmgəyə
mixək sürtmək faydalı hesab olunur. Mixəyi başqa ədviyyalarla qarışdırıb toz və spirt cövhəri
şəklində istifadə edirlər. Eyni zamanda, mixəkdən yeyinti sənayesində daha çox istifadə edilir.
1.7.25. Qəhvə
Hündürlüyü 3-6 metr olan həmişəyaşıl kol və
ağacdır, mədəni halda becərilir. Bu bitki demək
olar ki, dünyanın əksər ölkə və xalqları tərəfindən
istifadə olunur. Qəhvə toxumlarında 2 %-ə qədər
kofein, 20 %-ə qədər aşı maddə, 40 %-ə qədər
piyli yağ, 0,2 % efir yağı, 9 % şəkər, 9-12 % su,
üzvi turşular və digər vacib maddələr vardır (Şəkil
1.59).
O, başqa yeyinti məhsullarından fərqli
olaraq, insan üçün daha faydalıdır. Lazımi
miqdarda qəbul edildikdə orqanizmin qüvvəti və
fəaliyyəti xeyli artır, fıziki və zehni yorğunluq
götürülür, insanda bir növ yüngüllük, xoş əhval-
ruhiyyə və əmək gümrahlığı yaranır. Qəhvənin ən
qüvvətli
Dostları ilə paylaş: