İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
64
Cirə çörək-bulka, un, qənnadı məmulatlarının
və müxtəlif xörəklərin hazırlanmasında işlədilir.
Yağından cirə damcısı, sinə məlhəmi, diş pastası,
dış tozu, ətirli su və sairə hazırlanması zamanı
qatqı kimi istifadə edilir. İştahanı artırmaq üçün də
işlədilir. Şorabaya qoyulmuş xiyarın, pomidorun
tamını və keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə
edilir. Cirə toxumundan ən çox ədviyyat kimi
istifadə edilir. Döyülmüş tozundan müxtəlif piroq
içi, peçenye, qoğal, keks, şəkərbura və sairə
şirniyyat növlərinin hazırlanmasında istifadə
olunur.
1.7.21. Sumaq
Bu bitki Azərbaycanın bir çox rayonlarında
yabanı halda, eləcə də mədəni şəkildə yayılmışdır.
Sumaq hündürlüyü 1,5-3 metr olan kol bitkisidir
(Şəkil 1.55). Meyvələrinin tərkibində 18-20 % aşı
maddə, şəkər, üzvi turşular (alma, çaxır) C, K
vitaminləri vardır. Yarpaqlarının tərkibində 12-33
% tibbi aşı maddələr, 18,3 % piyli yağ, 1,0 %
qatranlı maddələr. 6,03 % üzvi turşular, 64,6 mq%
C vitamini və sairə var. Sumağın yetişmiş
meyvələrinin dəmləməsi, xüsusən meyvələrindən
hazırlanmış duru ekstrakt qanda şəkərin
miqdarını azaldır. Diabetin orta və ağır
formalarında sumaq ekstarktı ilə insulin
kombinasiyası müsbət təsir göstərir. Bu da
müalicə zamanı insulindən az miqdarda istifadə
olunmasına imkan verir. Meyvəsindən xalq
təbabətində çay kimi dəmləyib və dizenteriyaya
qarşı işlədilir. Meyvəsindən ədviyyat kimi ən
qədim zamanlardan hazırkı dövrə qədər
xörəklərin (piti, tikə kabab, lüləkabab, qutab və
sairə) tərkibinə qatqı kimi əlavə edilir. Meyvəsinin
qabığı kəskin tamlı ədviyyə kimi aşpazlıqda geniş istifadə edilir. Sumaxdan hazırlanan
ədviyyat iştah artırıcı və həzmi yaxşılaşdırıcı xüsusiyyətlərə malikdir.
1.7.22. Dəfnə
Bu bitkinin 2 növü vardır - nəcib və kanar dəfnəsi. Nəcib dəfnə qədim mədəni
bitkilərdən sayılır. Nəcib dəfnə yarpağının tərkibində 9,5 % azotlu birləşmələr, 5,4 % yağ, 3,1
Dostları ilə paylaş: