Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
67
Qəhvə toxumlarının tərkibində bir sıra qiymətli
maddələr var. Bunlarlan ən vacibi və
müalicəvi əhəmiyyətlisi kofein alkaloididir. Odur ki,
qəhvə toxumları
son dərəcə faydalı
olmaqla orqanizmin möhkəmlənməsinə və sinir sisteminin tonusunun artmasına kömək edir.
Bir
çay qaşığı qəhvə qəbul etdikdə insanın əmək fəaliyyəti artır, zehni və fiziki qabiliyyəti
yüksəlir, əhval-ruhiyyəsi yaxşılaşır. Qəhvə əsəb sistemini sakitləşdirir, yuxusuzluğu,
yorğunluğu aradan qaldırır, beyinin iş fəaliyyətini yaxşılaşdırır, baş ağrısını azaldıb iş
qabiliyyətini yüksəldir.
Qida məhsulu kimi hazırda çox geniş istifadə olunur və qəhvədən müxtəlif üsullarla qida
əhəmiyyətli içkilər hazırlanır.
1.7.26. Kakao
Bu ağac dünya ticarətində «Şokolad» ağacı da
adlanır. Kakao ağacının ancaq toxumlarından
istifadə olunur. Toxumlarının tərkibində 45-55 %
əla keyfiyyətli piyli yağ, 1-2 % teobromin alkaloidi,
0,3 % kofein vardır. Meyvələrinin tərkibində yağ,
su, zülal, kraxmal, aşı maddəsi, kafein, sellüloz,
üzvü turşu, kalium və sairə vardır (Şəkil 1.60).
Məişətdə və yeyinti sənayesində istifadə
olunan kakao-narın, tutqunbənövşəyi və ya tünd-
qırmızı-qonur rəngdə, xoş ətirli iyə malik tozdur.
O, kakao ağacının toxumlarından alınır. Kakao
toxumları ən çox yeyinti sənayesində istifadə
olunur.
Şəkil 1.60. Kakao
Kakaodan şokolad, yəni «köpüklü acı su» hazırlanır. Tozu isə "kayen" bibəri və vanilin
ilə qarışdırılaraq «kakanate» adlı içki alınır. Bundan başqa kakao tozu qarğıdalı toxumu, süd,
bal və aqavanın şirin şirəsi əlavə edılərək «Çar» adı ilə məşhur içki növü hazırlanır. Kakao
toxumlarından alınan yağdan kosmetika, əczaçılıq qənnadı və sairə sahələrdə geniş istifadə
edilir.
Kakaonun qabıq hissəsindən hazırlanan teoromindən ürək və beyin damarlarının
sıxılmasında, əsəb sistemi pozğunluqlarında, ürək-vena damarlarını genişləndirılməsində
istifadə olunur. Bundan başqa təbabətdə toxumlarından “kakao yağı”, “dərman şamil”,
“dərman kürəciyi”, “teobramin salisilat” və ya “diuretin” kimi vacib dərman preparatları
hazırlanır. Kakao toxumlarından hazırlanan dərman şamlarından babasil xəstəliyinin
müalicəsində istifadə olunur. Diuretindən isə böyrək xəstəliklərinin müalicəsində iltihabı
aradan qaldıran və sidikqovucu təsirə malik dərman kimi geniş işlədilir.
Dostları ilə paylaş: