İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə64/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   60   61   62   63   64   65   66   67   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.51.
 
Zəncəfil 
Eyni zamanda zəncəfilin gözəl müalicə əhəmiyyəti həzm üzvlərinin fəaliyyətini 
yaxşılaşdırmaq, mədə-bağırsaq iltihabının qarşısını almaq və başqa təsir xüsusiyyətini 
Şəkil 1.50. Sarıkök


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
62 
göstərmək olar. Zəncəfilli çayı həm də zəncəfil əlavə edilmiş xörəkləri mədə-bağırsaq 
xəstəliklərinə tutulanlar üçün xeyirlidir. Hal-hazırda zəncəfildən ədviyya kimi dünyanın əksər 
xalqlarının mətbəxlərində hazırlanmış xörəklərin tamını, ətrini və keyfiyyətini 
yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat qatqısı kimi ən çox qənnadı çörək-bulka, spirtsiz 
içkilər, pivə istehsalında, ətriyyat və konserv sənayesində geniş istifadə olunur. 
Kökümsovunda şirəsi çox olan zəncəfildən ən çox şirniyyat növlərinin hazırlanmasında 
istifadə edilir. 
1.7.18. İstiot 
Qara istiot (
Piper nigrum
 L.)
hündürlüyü 10-12 metrə çatan meşə mənşəli ağac olub, 
qədim ədviyya bitkisi sayılır. Qara istiotun ətirli iyi və kəskin büzüşdürücü dadı vardır. Onun 
xoş ətir verməsinə səbəb tərkibində 0,9-2,5 % qədər efir yağının, kəskin büzüşdürücü xassəsi 
isə tərkibində 5-9 % qədər piperin alkaloidinin olmasıdır. Bundan başqa onun tərkibində 1-2 
%
 
kitrə, 6-12 % yağ və çoxlu nişasta və kapsaitsin adlı yandırıcı, acılıq verən maddə vardır. 
Qara istiotun meyvəsinin tərkibində 10-14 % efir yağı vardır. Efir yağının tərkibində 2,5 % 
kubebin və qummipabənzər maddələr vardır. Qara istiot qiymətli ədviyya bitkisi olmaqla 
yanaşı, həm də dərman bitkisi sayılır. Meyvəsindən hazırlanan preparatlardan sidik yollarının 
iltihabı, siqaret çəkən insanlarda əmələ gələn astma və eləcə də dəri zöhrəvi xəstəliklərinin 
müalicəsində geniş istifadə olunur. 
İstiot ən çox yeyinti sənayesində işlədilir (Şəkil 1.52). Qara istiot iştahanı artırır və 
həzmi yaxşılaşdırır. Ət və tərəvəz məhsullarından hazırlanan müxtəlif xörək növlərinə və 
kolbasalara xoş ətir, tam vermək üçün ədviyyat qatqısı kimi istifadə olunur. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin