İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
62
göstərmək olar. Zəncəfilli çayı həm də zəncəfil əlavə edilmiş xörəkləri mədə-bağırsaq
xəstəliklərinə tutulanlar üçün xeyirlidir. Hal-hazırda zəncəfildən ədviyya kimi dünyanın əksər
xalqlarının mətbəxlərində hazırlanmış xörəklərin tamını,
ətrini və keyfiyyətini
yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat qatqısı kimi ən çox qənnadı
çörək-bulka,
spirtsiz
içkilər, pivə istehsalında, ətriyyat və konserv sənayesində geniş istifadə olunur.
Kökümsovunda şirəsi çox olan zəncəfildən ən çox şirniyyat növlərinin hazırlanmasında
istifadə edilir.
1.7.18. İstiot
Qara istiot (
Piper nigrum
L.)
hündürlüyü 10-12 metrə çatan meşə mənşəli ağac olub,
qədim ədviyya bitkisi sayılır. Qara istiotun ətirli iyi və kəskin büzüşdürücü dadı vardır. Onun
xoş ətir verməsinə səbəb tərkibində 0,9-2,5 % qədər efir yağının, kəskin büzüşdürücü xassəsi
isə tərkibində 5-9 % qədər piperin alkaloidinin olmasıdır. Bundan başqa onun tərkibində 1-2
%
kitrə, 6-12 % yağ və çoxlu nişasta və kapsaitsin adlı yandırıcı, acılıq verən maddə vardır.
Qara istiotun meyvəsinin tərkibində 10-14 % efir yağı vardır. Efir yağının tərkibində 2,5 %
kubebin və qummipabənzər maddələr vardır. Qara istiot qiymətli
ədviyya bitkisi olmaqla
yanaşı, həm də dərman bitkisi sayılır. Meyvəsindən hazırlanan preparatlardan sidik yollarının
iltihabı, siqaret çəkən insanlarda əmələ gələn astma və eləcə də dəri zöhrəvi xəstəliklərinin
müalicəsində geniş istifadə olunur.
İstiot ən çox yeyinti sənayesində işlədilir (Şəkil 1.52). Qara istiot iştahanı artırır və
həzmi yaxşılaşdırır. Ət və tərəvəz məhsullarından hazırlanan
müxtəlif xörək növlərinə və
kolbasalara xoş ətir, tam vermək üçün ədviyyat qatqısı kimi istifadə olunur.
Dostları ilə paylaş: