İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə60/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   56   57   58   59   60   61   62   63   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
58 
Ədviyyatından 
kartof 
və 
tərəvəzdən 
hazırlanan xörəklərin tərkibinə qatqı kim əlavə 
olunur. 
Eləcə 
də 
tərəvəzlərin 
konservləşdirilməsində, xiyarın duza və sirkəyə 
qoyulmasında ədviyyat tərəvəzi kimi işlədilir. 
Havuçdan hazırlanan ədviyyat iştahagətirici və 
həzmedici xüsusiyyətlərə malikdir. Bundan əlavə 
bitki bakterisid xassəli olmaqda müxtəlif 
xörəklərin, 
salatların 
hazırlanmasında, 
konservlərin hazırlanmasında ədviyyə kimi geniş 
istifadə edilir. 
Şəkil 1.44. Cırhavuç
1.7.11. Kəklikotu
 
Dünyada 400 qədər növü vardır ki, onun da 
Azərbaycanda 20-dən artıq növünə rast gəlinir 
(Şəkil 1.45). Bitki çiçəkləmə dövründə efir yağı ilə 
daha zəngin olur. Tərkibində 1-1,7 % efir yağı olur. 
Bunun da 42 %-ni timol birləşmələri təşkil edir. 
Efir yağının tərkibində 1,3 % timol və karvakrol 
maddəsi vardır. Timol maddəsindən bir çox 
preparatlar hazırlanır. Bir çox hallarda timol 
birləşməlarindən 
daxili 
ishalda, 
qarın 
köpmələrində, qıcqırma əleyhinə və eləcə də ağız, 
burun, qida borusunun dezinfeksiya olunmasında istifadə edilir. Kəklikotunun tərkibində 
olan timol maddəsi ürək-damar, böyrək, qaraciyər, mədə-bağırsaq xəstəlikləri zamanı, 
həmçinin hamilə qadınlara pis təsir edir. Odur ki, kəklikotundan istifadə zamanı bunlar 
nəzərə alınmalıdır. Təbabətdə tənəffüs yollarının iltihabı zamanı, ağrıkəsici, 
dezinfeksiyaedici, qurd qovucu dərman kimi geniş istifadə edilir. Kəklikotunun təzə və 
qurudulmuş yarpağı ilə gülxətminin cövhəri nəfəsyolları xəstəlikləri, göy öskürək, həzm 
prosesinin yaxşılaşdırılması, əsəb sisteminin sakitlədirilməsi, yel (revmatizm) və oynaq 
ağrıları, böyrək sancıları, öd kisəsi yolları xəstəlikləri zamanı geniş istifadə edilir. 
Tərəvəz, ət və balıq xörəklərinin hazırlanmasında işlədilir. Yarpaq və zoğları salata 
qatılır. Ondan kolbasaya, sirkəyə, kokteyl və çaya ətir vermək üçün də istifadə olunur. 
Kəklikotu qatılan xörəklər iştahanı artırır, həzmi yaxşılaşdırır. Yarpağından alınan kəklikotu 
arağından konserv və araq-likör sənayesində istifadə edilir. Ətirli şərab və şirə hazırlamaq 
üçün kəklikotu gözəl xammaldır. Kəklikotunu qurudub, narın döydükdən sonra ədviyyə kimi 
şorabaya, xəmirə, qızardılmış ətə səpmək olar. Ev şəraitində pendir hazırladıqda məhsulun 
uzun müddət qalması üçün onun tərkibinə kəklikotu tozu qatqı kimi əlavə edilir. Xalqımız 
hələ qədim zamanlardan başlamış bu günə qədər onun çayını dəmləyib ətirli çay və 
soyuqdəymədə tərlədici vasitə kimi geniş istifadə edir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin