Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
59
1.7.12. Yarpız
Yabanı halda bitən yarpız (
Mentha longifolia
L.) nanənin bir növüdür və onun kimi istifadə
olunur (Şəkil 1.46).
1.7.13. Xardal
Xardal çox qədim ədviyya bitkilərindəndir.
Xardalın tərkibində növündən asılı olaraq 7,2-7,6
% su, 27,6-29,1 % azotlu maddə. 32,5-50,6 % yağ.
0,85-0,90 % efir yağı. 20-29 % azotsuz ekstraktlı
maddələr, 5-5,7 % mineral maddələr. 0,62 %
siniqrin qlükozitləri vardır. Birləşmələrdən asılı
olaraq quru maddə 23-32 %. zülal 4,5 %. sulu
karbonlar 9,6 % olur.
Xardal dərman bitkisi kimi sinqa və
soyuqdəymə xəstəliklərinə qarşı işlədilir (Şəkil
1.47). 2 %-li xardal cövhərində soyuqdəymədə
qızışdırıcı sürtgü kimi istifadə edilir. Bundan başqa
onun
spirtli
məhlulu
revmatizm,
plevrit,
pnevmoniya, radikulit, hipertoniyanın, əsəb,
böyrək, sidik yolları, öd kisəsi xəstəliklərinin
müalicəsində istifadə olunur. Xardal iştahaçandır.
Ondan ətli xörəklərdə və konservlərdə dadverici
kimi istifadə edilir. Pomidor və xiyar meyvələrinin
duza qoyulmasında işlədilir. Xardalın kökümsov gövdələri dadverici kimi suplara tökülür.
Kolbasa və sosiska istehsalında istifadə olunur. Xardaldan (qorçitsa) xardal tozu hazırlanır ki,
bu da həm xəşil şəklində sosiska məhsulları batırılaraq yeyilir, həm də supa və borşa əlavə
edilir. Müəyyən edilmişdir ki, xardalın körpə zoğları və körpə yarpaqları da ədviyyat kimi
istifadə edilə bilər. Bu halda onları salata doğramaq və supa əlavə etmək, tərəvəzi duzu
qoyarkən istifadə etmək, habelə zoğların özünü duza qoyub sonra salatlarda istifadə etmək
olar.
1.7.14. Zəfəran
Azərbaycanda 6 növü yayılmışdır. Bunlardan
adi zəfəran (
Croucs sativus
L.) ən geniş yayılanıdır
(Şəkil 1.48). Zəfəran çox qədim zamanlardan ətir
verən, ədviyya, gözəl rəng verən, həm də dərman
bitkisi kimi istifadə edilməyə başlanmışdır. Hələ
4000 il bundan əvvəl insanlar ondan müxtəlif
məqsədlər üçün istifadə etmişlər. Zəfəranın dişicik
Dostları ilə paylaş: