İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə63/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   59   60   61   62   63   64   65   66   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
61 
1,5-5,0 % qədər efir yağı, nişasta, alkaloid 
maddələri, müxtəlif duzlar, qatran, kalium, boyaq 
maddəsi və sairə vardır. Qədim zamanlardan hal-
hazıra kimi müxtəlif ölkələrdə sarkökdən dərman, 
ədviyya, boyaq, efir yağılı, bitki kımi istifadə 
edirlər (Şəkil 1.50).
Hal-hazırda dünyanın 20-dən çox ölkəsində 
sarıkökdən müxtəlif növ dərman preparatları 
hazırlanır. Xalq təbabətində sarıkökdən qankəsici, 
ağrısakitləşdirici, 
maddələr 
mübadiləsini 
tənzimləyən, 
yorğunluğu 
aradan 
qaldıran, 
ödqovucu və sairə xəstəliklərin müalicəsində istifadə olunur. Sarıkökdən nişasta, reaktivlər, 
yeyinti və toxuculuq sənayesi üçün boyaq və sairə maddələr alınır. 
Sarıkökün qurudulmuş kökumsovları döyülərək toz halına salınaraq ət, balıq, plov, 
xəmir və
 
sairə xörəklərə qatqı kimi əlavə edilir. Bundan başqa sarıkök cövhəri qoğal, fəsəli, 
kökə və sairə üzərinə də sürtülür. Yeni alınmış sarıkök sortları kəskin xoş iyə, acımtıl tama və 
yüksək keyfiyyətli sarı rəngli boyaq maddəsinə malik olmaqla başqalarından fərqlənir. 
1.7.17. Zəncəfil
Bizim eradan çox-çox əvvəl zəncəfili Çin və
 
Hindistanda məşhur ədviyyat bitkisi kimi 
əkib becərmişlər. Zəncəfilin kökümsovlarının tərkibindəki ətirli maddələrdən qatran, az 
uçucu təsirə malik olan qurudulmuş kökümsovlarında 1,8-3,5 %-ə qədər efir yağı vardır. 
Dünyanın bir çox ölkələrində ədviyya bitkisi kimi sayılan zəncəfil eyni zamanda, müalicəvi 
xüsusiyətlərinə görə qiymətli sayılmışdır. Beləki, onun kökümsovlarından hazırlanmış 
preparatlardan, eləcə də gövdələrindən taun, tif, qıcolma və bu kimi xəstəliklərin qarşısının 
alınmasında istifadə edilmişdir. Bundan başqa onun tozundan müalicəvi təsirə malik olan 
mayaların, cövhərlərin, iksirlərin tərkibinə qatırlar (Şəkil 1.51). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin