İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə59/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   55   56   57   58   59   60   61   62   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.43. Razyana
Razyananın cavan budaq yarpaq, gövdə, kök və meyvələrindən hazırlanan ədviyyənin 
efir yağının tərkibi bioloji fəal maddələrlə zəngindir. Meyvədən dəmləmə şəklində tənəffüs 
yollarının iltihabında yumşaldıcı vasitə kimi, həmçinin həzm prosesinin yaxşılaşdırılması və 
köp yatırmaq üçün də istifadə olunur. Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymə 
nəticəsində baş verən xəstəliklərdə öskürək dərmanı kimi, mədə-bağırsaq xəstəliklərində 
həzm prosesini yaxşılaşdıran bir vasitə kimi istifadə olunur. Eləcə də razyana meyvəsi 
dəmləmə və bişirmə formasında öd kisəsi iltihabında və böyrək xəstəliklərində qəbul edilir. 
Xalq təbabətində razyananı çay kimi dəmləyib uşaqlarda baş verən qarın ağrılarında 
ağrıkəsici və köpün qarşısını alan vasitə kimi işlədirlər. Razyana bitkisinin qurusundan 
müxtəlif xörəklərdə istifadə edilir. Razyanadan həmçinin xiyar, kələm, pomidor turşularının 
hazırlanmasında, ətirliçay, qənnadı, ətriyyat, kosmetikada, əczaçılıq və sabunbişirmə 
sənayesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdirici içkilərə və şirin şərbətlərə xoş 
ətir vermək üçün də əlavə edilir. 
1.7.10. Cırhavuç 
Quru maddənin miqdarı yarpaqlardı 13-17,6 %, kök meyvəsində 16,8-33,3 %-dir. Şəkər 
ən çox kökdə 10,6 % çatır. Kül yarpaqda daha çox 2,3-3,0 %, kök meyvəsində 0,7-1,5 % təşkil 
edir. Vitaminlərlə zəngin olmaqla C vitamini yarpaqda 20-100 mq%, kök meyvəsində isə 5-28 
mq% olur. Karotin miqdarı yarpaqda 13 mq% çatır. Efir yağının miqdarı 0,3-0,45, kök 
meyvəsində 0,35-0,4%, toxumunda isə 1,5-2,5 % və daha çox olur. Bu bitki həm də pektin 
maddəsi ilə zəngindir (Şəkil 1.44). Meyvəsinin tərkibində çoxlu miqdarda şəkərlər, kül, sulu 
karbonlar və sairə maddələr var. Havuçun tərkibində olan kalium orqanizmdə su və qan 
dövranının nizamlanmasında böyük rol oynayır. Havuç cövhəri həzm sisteminin normal 
işləməsinə və əsəb sisteminin sakitləşməsinə təsir edir. 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin